Məşhur müğənni paylaşımı ilə tənqid hədəfi oldu FOTO


Digərləri 18 Sen 2020 12:56:00 130 0

Məşhur müğənni paylaşımı ilə tənqid hədəfi oldu  FOTO

Məşhur müğənni Rita Dakota sevgilisi ilə Türkiyədəki istirahətindən görüntülər paylaşıb. Ancaq paylaşımına yazdığı şərhlə o, izləyicilərini qəzəbləndirib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, kadrlar onun "Instagram" hesabında yayımlanıb.

Fotoda ifaçı dəniz fonunda sevgilisini öpür. Şəklə şərh olaraq isə müğənni qızı Miyanın üç gün nənəsi ilə qalacağını öyrənəndən sonra qəfil Türkiyəyə getmək qərarını verdiyini deyib.

"Biz çox xoşbəxtik! Üç gün işsiz, uşaqsız, konsertsiz, biznes prosessiz və 24/7 telefonsuz. Bu ki cənnətdir", - deyə o, yazıb.

İstifadəçilər isə onun övladı barədə dediklərini sərt şəkildə tənqid ediblər.