"Tənha, xroniki və onkoloji xəstələr üçün çatdırılma xidməti var"


Digərləri 18 Sen 2020 12:13:00 157 0

"Tənha, xroniki və onkoloji xəstələr üçün çatdırılma xidməti var"

Poliklinikada qeydiyyatda olan tənha, xroniki və onkoloji xəstələr üçün çatdırılma xidməti fəaliyyət göstərir və bu xidmət vasitəsilə onlar adi qaydada öz dərmanlarını alırlar.

Milli.A Trend-ə istinadən bildirir ki, bunu Bakı şəhər Baş Səhiyyə İdarəsi, Ambulator-poliklinik xidmətin təşkili sektorunun müdiri Esmira Hacıyeva deyib.

Onun sözlərinə görə, eyni zamanda, yüksək risk qrupuna daxil olan xəstələrin yaxınları dərmanları müvafiq poliklikanın nəzdində fəaliyyət göstərən apteklərdən resepti təqdim etməklə ala bilərlər:

"Digər xəstələr sahə həkiminin qəbulundan sonra əczanəyə yaxınlaşıb, dərmanları adi qaydada əldə edirlər".