Parlament Jalə Əliyeva ilə bağlı məlumat yaydı


Digərləri 18 Sen 2020 11:13:00 149 0

Parlament Jalə Əliyeva ilə bağlı məlumat yaydı

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi parlamentin fəaliyyətini işıqlandıran jurnalistlərə müraciət edib.

Son.az bildirir ki, müraciətdə deyilir:

"Milli Məclisin komitə iclaslarından mətbuatda və sosial mediada gedən yazılarda bəzən müzakirələrdə çıxış edən deputatların adları düzgün göstərilmir. Bu isə, öz növbəsində, oxucularda anlaşılmazlıq yaradır və haqlı suallara səbəb olur. Belə ki, sentyabrın 17-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında millət vəkili Jalə Əhmədovanın fikirləri deputat Jalə Əliyevanın söylədiyi fikirlər kimi təqdim edilib. Qeyd edək ki, deputat Jalə Əliyeva ümumiyyətlə İnsan hüquqları komitəsinin üzvü deyil və həmin iclasda iştirak etməyib. Parlamentdə keçirilən iclaslardan informasiya hazırlayarkən belə məsələlərdə xüsusilə diqqətli olmağınızı xahiş edirik".