“İncəsənət həyatımı xilas etdi”


Digərləri 18 Sen 2020 11:22:00 133 0

“İncəsənət həyatımı xilas etdi”

Amerikalı müğənni Madonna yaradıcılıq yolu haqqında bəhs edəcək bədii filmin rejissoru və senaristi olacaq.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Hollywood Reporter" xəbər verib.

Artist qeyd edib ki, filmin diqqət mərkəzində musiqi olacaq.

"Musiqi məni dəstəkləyirdi, incəsənət isə həyatımı xilas etdi. O qədər danışılmamış və ruhlandırıcı hekayələr var. Onları məndən daha yaxşı kim danışa bilər?", - Madonna bildirib.

Ekran işini "Universal Pictures" kinostudiyası ərsəyə gətirəcək. Layihənin prodüseri qismində Emi Paskal çıxış edəcək.

Senari üzərində Madonna ilə bərabər Diablo Kodi çalışacaq.