“Reno” mağazaya girdi:


Dünya 18 Sen 2020 11:33:00 153 0

“Reno” mağazaya girdi:

Türkiyənin Qaziantep vilayətində minik avtomobilinin dükana girmə görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Son.az avtosfer.az-a istinadən bildirir ki, hadisə Çiksorut məhəlləsində baş verib.

Kadrlarda şüşə qabların satıldığı mağazanın qarşısında bir neçə insanla bərabər uşaqlı araba və azyaşlı qızın dayandığı görülür. Bir müddət sonra isə 19 yaşlı Səid Əmrənin idarə etdiyi 27 P 6866 qeydiyyat nömrə nişanlı "Renault" markalı minik avtomobili, idarəetmədən çıxaraq dükana girir. Videoda əks olunan hadisədə iş yerinin qabağında dayanan arabadakı körpə oğlan və azyaşlı qız qəzadan burnu qanamadan qurtulur. 

DHA agentliyinin məlumatına görə, hadisə nəticəsində 1-i ağır olmaqla, ümumilikdə 3 nəfər xəsarət alıb.