Ərini satışa çıxardı Əsəblərini korladığı üçün FOTO


Digərləri 18 Sen 2020 11:28:00 163 0

Ərini satışa çıxardı  Əsəblərini korladığı üçün  FOTO

Britaniyalı qadın Tereza Törner ərini satışa çıxarıb.

Son.az aznews.az-a istinadən xəbər verir ki, qadının belə bir addım atmasına səbəb ərinin yemək yeyən zaman ağzını marçıldatması olub.

Qadın misofoniya adlanan "yüksək səsdən nifrət etmə" xəstəliyindən əziyyət çəkir. Əri Rob son vaxtlar qadına dəfələrlə ona yüksək səslə yemək yeyən insanların videosunu da izlətməyə başlayıb. Qadın dəfələrlə onu bu vərdişinə son qoymağa çağırıb.

Ötən gün isə Rob gözlənilmədən "Facebook" səhifəsində satışa çıxarıldığını görüb. Lakin Tereza elanda kişinin təkcə mənfi xüsusiyyətlərini deyil, müsbət tərəflərini də qeyd edib.

"Əsəblərimi korladığı üçün artıq ehtiyac duymadığım 33 yaşında bir ərim var. Onu satıram. Pul istəmirəm. Tamamilə pulsuzdur. Ev şəraitinə öyrəşib və tualetə də özü getməsi üçün təlimdən keçib", - qadın vurğulayıb.