Əks yola çıxan "07" motosikleti vurub, aşırtdı, yaralı var


Digərləri 18 Sen 2020 10:33:00 161 0

Əks yola çıxan "07" motosikleti vurub, aşırtdı, yaralı var

Sentyabr ayının 2-də Bakıda ağır bədən xəsarəti ilə nəticələnən yol nəqliyyat hadisəsi barədə məlumat vermişdik.

Son.az bildirir ki, qəzanın görüntüləri əldə olunub. Kadrlarda 10 CX 276 dövlət qeydiyyat nişanlı "VAZ 2107" avtomobilinin qaydaları kobud şəkildə pozaraq əks yola çıxması əks olunub. Qarşı tərəfə keçən avtomobil "Suzuki" markalı motosikletlə toqquşub, sürücü Əlizamin Tağıyev ağır bədən xəsarəti alıb, motosiklet yararsız hala düşüb.

Qeyd edək ki, Əlizamin Tağıyev sosial şəbəkələrdə motosikleti tək təkər üstündə və 299 km/saat sürətlə sürmə videoları ilə məşhurdur.

Emin Son.az