Seren Serengil də boşandı


Digərləri 18 Sen 2020 09:26:00 170 0

Seren Serengil də boşandı

Türkiyəli müğənni, aparıcı Seren Serengil həyat yoldaşı Yaşar İpəkdən bu gün ayrılıb.

Son.az axşam.az-a istinadən bildirir ki, 2 il ailəli olan cütlük qarşılıqlı razılıq yolu ilə boşanıb.

Qeyd edək ki, Seren və Yaşar nikahlarının ilk aylarında boşanmağa qərar vermişdi. Buna səbəb isə aparıcının  hamilə qalması üçün mitoxondri (hüceyrələr üçün güc istehsalı) nəqli etdirmək istəyi olmuşdu.