Böyük Britaniyanın şimalşərqində məhdudiyyətlər tətbiq olunacaq


Dünya 18 Sen 2020 07:55:00 146 0

Böyük Britaniyanın şimalşərqində məhdudiyyətlər tətbiq olunacaq

Böyük Britaniyanın şimal-şərqində koronavirusa yoluxmada artım baş verdiyi üçün yenidən məhdudiyyətlərin tətbiq olunmağına başlanılacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, karantin rejimi Norshamberland, Nyukasl, Sanderland, Nors və Saus Tinsayd, Geytshed və Darham bölgələrində tətbiq olunacaq.

Məhdudiyyətlər cümə günündən etibarən həyata keçiriləcək.

Bölgələrdə virusa yoluxmada baş verən artımın qarşısının alınması üçün pab və bir çox obyektlər yenidən fəaliyyətini dayandırıb.

Baş Nazir Boris Conson ölkədə Milad bayramını normal şəkildə qeyd etməsinin yeganə yolunun bu gün tətbiq olunan sərt qaydalar olduğunu söyləyib.

Həmçinin o, bu qış mövsümündə qayğı evlərini koronavirusdan qorumaq üçün hökumət tərəfindən 546 milyon funt sterlinq ayrıldığını açıqlayıb.