İspaniya COVID19 əleyhinə vaksin istehsal edəcək


Dünya 18 Sen 2020 04:30:00 169 0

İspaniya COVID19 əleyhinə vaksin istehsal edəcək

İspaniyanın Səhiyyə Nazirliyinin məlumatına görə, bu ölkə COVID-19 əleyhinə vaksinin istehsalı üçün seçilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Amerikanın "Novavax" əczaçılıq şirkəti İspaniyanın "Zendal" bioəczaçılıq qrupunun Pontevedra bələdiyyəsində yerləşən Porrinyo mənzil-qərargahında öz vaksininin sənaye miqyasında istehsalına cavabdeh olacağını elan edib. Vaksin ABŞ hüdudlarından kənardakı bazarlara tədarük ediləcək.

İspaniya tərəfi ilə razılaşma İspaniya əczaçılıq sənayesi və gələcəkdə hazırlanacaq COVID-19 əleyhinə vaksinin istehsal həcminin artırılması üçün mühüm stimul olacaq.