Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub


Dünya 17 Sen 2020 20:04:00 145 0

Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub

Kolumbiyanın cənub-qərbindəki Popayan şəhərində bir qrup sakin ispaniyalı konkistador Sebastyan de Belalkasarın heykəlini uçurub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisəni Misak tayfasına mənsub hindular törədib.

Qeyd olunur ki, şəhərdə ard-arda baş vermiş zorakılıq aktlarına etiraz olaraq aksiya keçirən hindular şəhərin mərkəzinə yürüş edib. Daha sonra onlar konkistadorun heykəlini yıxıb.

Şəhər meri bu addımı "şəhərin rəmzinə qarşı hücum" olaraq qiymətləndirib. Heykəlin yaxın zamanlarda bərpa olunacağı deyilir.