Halil Sezai məhkəməyə aparıldı


Digərləri 17 Sen 2020 20:09:00 138 0

Halil Sezai məhkəməyə aparıldı

İstanbulda qonşusunu döyən müğənni Halil Sezai həbs olunma tələbi ilə məhkəmədə hakim qarşısına çıxarılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün ifadə verərək sərbəst buraxılan sənətçi silahla qəsdən yaralama, təhqir, mülk toxunulmazlığını pozmaq və təhdid etmədə ittiham olunur.

Qeyd edək ki, Tuzlada çəkilişə etiraz etdiyi üçün 67 yaşlı qonşusu Hüseyn Meriçi döyən məşhur müğənni baş verənlərlə bağlı açıqlama yaymış, qarşı tərəfdən üzr istəmişdi.