İordaniyada məscid və məktəblər bağlandı


Dünya 17 Sen 2020 19:24:00 154 0

İordaniyada məscid və məktəblər bağlandı

İordaniyada koronavirus pandemiyasının sürətlə yayılması ilə əlaqədar sentyabrın 17-dən etibarən məscid, kilsə, təhsil müəssisələri, bazarlar, kafe və restoranlar bağlanıb. 

Son.az unikal.org-a istinadən bildirir ki, bunu ölkənin Kütləvi İnformasiya Vasitələri ilə əlaqələr üzrə naziri Əmcad Adayla bildirib.

Onun sözlərinə görə, qadağalar iki həftə qüvvədə olacaq. Nazir deyib ki, kiçik bazarlar bağlı qalacaq, böyük ticarət mərkəzləri üçün karantin rejimindən sonra xüsusi rejim tətbiq ediləcək.

Təhsil naziri Taysir Nuaymi isə bildirib ki, bütün təhsil müəssisələr - dövlət, özəl, BMT-nin Fələstin qaçqınlarına yardım agentliyinin təhsil müəssisələri, hərbi məktəblər, uşaq bağçaları bağlı olacaq. 

Kafe və restoranlarda yerində xidmət qadağan olunub, çatırılma xidməti isə açıq olacaq.