Reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb


Digərləri 17 Sen 2020 19:19:00 159 0

Reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb

Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 1917-dir.

TƏBİB-dən Son.az-a verilən məlumata görə, reanimasiyada olan xəstələrin sayı 112, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 9-dur.

Azərbaycanda indiyədək ümumilikdə 38 777 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 289 nəfər müalicə olunaraq sağalıb, 571 nəfər vəfat edib. Hazırkı dövrədək 1 035 286 test aparılıb.