Tofiq Yaqublunun apellyasiya şikayətinə baxılacaq vaxt bilindi


Digərləri 17 Sen 2020 18:06:00 173 0

Tofiq Yaqublunun apellyasiya şikayətinə baxılacaq vaxt bilindi

Həbsdə olan müsavatçı Tofiq Yaqublunun həbsində verilən apelyasiya şikayətinə baxılması vaxtı müəyyən edilib.

Son.az Trend-ə istinadən bildirir ki, şikayət bu gün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. İş üzrə şikayətə sentyabrın 28-i saat 15:00-a təyin olunub.

Xatırladaq ki, Nizami rayon məhkəməsinin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, martın 22-si günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublu idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub. Daha sonra T.Yaqublu avtomobildən düşərək Elxan Cəbrayılovun üzərinə hücum edərək onu yumruq və vintaçanla vurub. Bu zaman Elxan Cəbrayılovun sərnişini, həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda Tofiq Yaqublu qadını da itələyib və Cəvahir Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb.