"Prosesə seyrçi mövqedən yanaşma vəziyyəti daha da gərginləşdirir"


Siyasət 17 Sen 2020 16:15:00 52 0

"Prosesə seyrçi mövqedən yanaşma vəziyyəti daha da gərginləşdirir"

İyul ayının 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədin Tovuz istiqamətində təxribata əl ataraq atəşkəsi pozmasından, dinc əhalini atəşə tutmasından 3 aya yaxın müddət keçib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqlarda vasitəçilik missiyası daşıyan ATƏT-in Minsk Qrupunun həmsədrləri isə bəlli müddətdən sonra sərhəddəki gərginliyə diqqət ayırıb, Parisdə "intensiv məsləhətləşmə" aparıblar.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, son iki yüz il ərzində işğalçı ermənilər tərəfindən bir neçə dəfə əzəli-əbədi yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalmış azərbaycanlıları narahat edən başlıca məqamlardan biri ATƏT-in Minsk Qrupunun Ermənistanın işğalçılıq, qanunsuz məskunlaşdırma siyasətinə hansısa formada etiraz etməməsidir:

"ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında baş tutan "intensiv məsləhətləşmələr"də Azərbaycan və Ermənistan XİN başçılarını yaxın həftələrdə "qeyd-şərtsiz" danışıqlara başlamağa çağırıb. Həmsədrlər bəyanatda qeyd ediblər ki, "iyul ayında Ermənistan-Azərbaycan sərhədində yaşanmış gərginliyə xüsusi diqqət ayıraraq, regiondakı vəziyyəti müzakirə ediblər". Həmsədrlər Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Manatsakanyanla ayrılıqda telefonla danışıblar. Telefon danışığında hər iki ölkənin nazirinə növbəti həftələrdə öz mövqelərini daha aydın şəkildə bəyan etməyə, heç bir ilkin şərt olmadan substantiv danışıqların bərpası məqsədilə onları ATƏT-in Minsk Qrupu həmsədrləri ilə fərdi olaraq üzbəüz görüşə dəvət ediblər.

Dağlıq Qarabağ münaqişəsini nizama salmaq missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun beynəlxalq aləm tərəfindən təcavüzkar və işğalçı ölkə kimi tanınan Ermənistanın qanunsuz əməlləri ilə bağlı qəti qərar verməməsi eyni zamanda həmsədrlərin fəaliyyətinə çiddi xələl gətirir, bu quruma olan inamı, etibatı heçə endirir.

BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq bu ölkə Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlamaqda davam edir. BMT Təhlükəsizlik Şurasının qətnamələri hüquqi baxımdan məcburidir və onların icrası hər bir dövlətin öhdəliyidir. Lakin buna baxmayaraq, işğalçı Ermənistan bu 4 qətnamənin tələblərinin yerinə yetirilməməsinə görə hələ də məsuliyyətə cəlb olunmayıb. ATƏT-in Minsk Qrupu həmsədrlərinin aşkar uğursuzluğunun bir səbəbi də qətnamələrin icrasını təmin etməməsidir.

ATƏT-in Minsk Qrupu həmsədrlərindən təcavüzkarla təcavüzə məruz qalan tərəfin ədalətli şəkildə fərqləndirəcəklərinə, məsələyə obyektiv, hüquqi qiymət veriləcəyinə artıq inam qalmayıb. Tovuz hadisələri, Livan və Suriyada yaşayan ermənilərin müxtəlif vədlərlə aldadılaraq Dağlıq Qarabağa köçürülməsi, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi siyasəti ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən birmənalı şəkildə və qətiyyətlə pislənməlidir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin prosesə seyrçi mövqedən yanaşması vəziyyəti daha da gərginləşdirir.

ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı müzakirə edilməməli, tezliklə münaqişənin beynəlxalq hüquq prinsip və normaları əsasında həllinə nail olmalıdır. Öz əzəli-əbədi torpaqlarıpndan didərgin salınmış bir milyondan çox soydaşlarımız doğma ocaqlarına qayıtmalıdır".

Nazir müavini: Bərpa olunası abidələrimiz çoxdur like
  • 17 Sen 16:11  
Digərləri Nazir müavini: Bərpa olunası abidələrimiz çoxdur

Hazırda biz beynəlxalq təşkilatlarla, özəl sektorla işimizi gücləndirm

arrow Ətraflı
BMT nəşrində AIDAnın kampaniyası barədə məqalə dərc edilib like
  • 17 Sen 16:09  
Siyasət BMT nəşrində AIDAnın kampaniyası barədə məqalə dərc edilib

BMT-nin Cənub-Cənub Əməkdaşlığı Ofisinin cari ildə çap olunmuş "

arrow Ətraflı
Azərbaycanda özəl sektor mədəniyyət sahəsinə də cəlb ediləcək like
  • 17 Sen 16:07  
Kriminal Azərbaycanda özəl sektor mədəniyyət sahəsinə də cəlb ediləcək

Mədəniyyət sahəsində bir sıra standartlar müəyyən edilməlidir. Etiraf

arrow Ətraflı
Müəllimlər üçün vebinar keçirildi like
  • 17 Sen 16:04  
Digərləri Müəllimlər üçün vebinar keçirildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təh

arrow Ətraflı
Anar Kərimov: Tarixi adətənənələrimizin qorunması üçün yeni istiqamətlər müəyyən edilib like
  • 17 Sen 16:01  
Kriminal Anar Kərimov: Tarixi adətənənələrimizin qorunması üçün yeni istiqamətlər müəyyən edilib

Mədəniyyətimizin ənənəvi missiyalarından biri də tarixi adət-ənənəl

arrow Ətraflı
Aktyor adına saxta profil açanları polisə şikayət etdi like
  • 17 Sen 15:58  
Digərləri Aktyor adına saxta profil açanları polisə şikayət etdi

Aktyor Eser Yenenler sosial şəbəkədə adına açılan bütün saxta profill

arrow Ətraflı
Uşaqların həyatı təhlükədə: Keçməyə yol olmur, söyüş söyürlər  VİDEO like
  • 17 Sen 15:53  
Digərləri Uşaqların həyatı təhlükədə: Keçməyə yol olmur, söyüş söyürlər VİDEO

9 mərtəbəli yaşayış binasının qarşısında çox kiçik bir boş əraz

arrow Ətraflı
Arzu Nağıyev: Azərbaycanda korrupsiyaya qarşı mübarizə davam etdiriləcək like
  • 17 Sen 15:50  
Siyasət Arzu Nağıyev: Azərbaycanda korrupsiyaya qarşı mübarizə davam etdiriləcək

Bəlli olduğu kimi, sentyabrın 15-də Korrupsiyaya qarşı mübarizə üzrə K

arrow Ətraflı
IBA Miles kartlarını alanlar üçün "Xoş gəldin" kampaniyası! like
  • 17 Sen 15:49  
Digərləri IBA Miles kartlarını alanlar üçün "Xoş gəldin" kampaniyası!

Azərbaycan Beynəlxalq Bankı özünün yeni kart məhsullarından olan IBA Mil

arrow Ətraflı
51 yaşlı Cennifer cazibədarlığı ilə heyran etdi  FOTO like
  • 17 Sen 15:47  
Digərləri 51 yaşlı Cennifer cazibədarlığı ilə heyran etdi FOTO

Dünya şöhrətli müğənni Cennifer Lopez sosial şəbəkə paylaşımı ilə

arrow Ətraflı
Fermer təsərrüfatlarında müasir suvarma sistemlərindən istifadə genişlənir like
  • 17 Sen 15:45  
Digərləri Fermer təsərrüfatlarında müasir suvarma sistemlərindən istifadə genişlənir

Müasir suvarma sistemlərindən istifadə fermerlərin təsərrüfat xərcləri

arrow Ətraflı
"Mahnılarını məclisdə eşitmişəm, amma yadımda qalmayıb" like
  • 17 Sen 15:42  
Şou-biznes "Mahnılarını məclisdə eşitmişəm, amma yadımda qalmayıb"

Xalq artisti Brilliant Dadaşova müğənnilərlə bağlı açıqlamaları ilə

arrow Ətraflı
DİM: Plan yerlərinə əvvəlcə abituriyentlər, sonra subbakalavrlar yerləşdirilir like
  • 17 Sen 15:41  
Digərləri DİM: Plan yerlərinə əvvəlcə abituriyentlər, sonra subbakalavrlar yerləşdirilir

Sənəd qəbulu zamanı V ixtisas qrupa sənəd verməyən abituriyentlər ixtis

arrow Ətraflı
Rus bölməsinin abituriyentləri Azərbaycan bölməsinin ixtisaslarını seçə bilərmi? like
  • 17 Sen 15:40  
Digərləri Rus bölməsinin abituriyentləri Azərbaycan bölməsinin ixtisaslarını seçə bilərmi?

Qəbul qaydalarına görə, ixtisaslar üzrə birgə müsabiqə yoxdursa, plan y

arrow Ətraflı