"Ermənilər bütün təmas xətti boyunca təxribat törətməyə imkan axtarırlar"


Siyasət 17 Sen 2020 16:16:00 66 0

"Ermənilər bütün təmas xətti boyunca təxribat törətməyə imkan axtarırlar"

"Ermənilərin fəaliyyətində heç bir dəyişilik yoxdur. Bu, gündəlik ermənilərlə təmas xəttində və sərhəddə qarşılaşdığımız vəziyyətdir".

Bunu Son.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov son zamanlar Tovuz istiqamətində erməni silahlı qüvvələrinin artan aktivliyini şərh edərkən deyib.

Polkovnik bildirib ki, Ermənstanın daxildəki gərginliyi istər sərhəddə, istərsə də təmas xəttində özünü göstərir:

"Sadəcə ermənilər indi daha çox Tovuz istiqamətində təxribatlarının sayını artırıblar. Bu yaxınlarda yenə erməni təxribatının qarşısı alındı. Amma bizim hərbiçilərimiz, bölmələrimiz daim ayıq-sayıqdırlar və öz ayıq-sayıqlıqlarını əldən vermirlər. Əməliyyat şəraiti daim nəzarət altındadır. Sadəcə gizir Əliyev öz vəzifə borcunu yerinə yetirərkən yaralanıb, ona yardım edilib və onun indi həyatı təflükəsi yoxdur. 

Paşinyanın nağılına artıq Ermənistan cəmiyyəti inanmır

Belə təxribatlar olacaq. Ermənistanda olan gərginlik həmişə istər cəbhədə, istər sərhəddə, istərsə də təmas xəttində özünü göstərir, daxildəki gərginlik cəbhəyə təsir edir. Yəni, cəmiyyətin problemi cəbhə bölgəsində əks-səda verir. Təbii ki, buna tək Paşinyan yox, ona kimi də bütün dövlət başçıları daxili gərginliyin istiqamətini dəyişmək üçün və yaxud sosial problemlərlə bağlı Paşinyanın nağılına artıq bütün cəmiyyət inanmır. Ölkə daxilində Paşinyana qarşı qüvvələr getdikcə güclənir. Bu vəziyyətdə öz hakimiyyətini qorumaq üçün həmişə olduğu kimi Ermənistanın dövlət rəhbərləri cəbhə bölgəsində, sərhəddə vəzityyəti gərginləşdirirlər ki, bu yolla daxili prosesləri nəzarətdə saxlasınlar".

Ş.Ramaldanov qeyd edib ki, Paşinyan əvvəl küçə hərəkatı ilə hakimiyyətə gəlsə də bu gün artıq həmin küçə hərəkatı Paşinyanın tərəfində deyil:

"Paşinyan hakimiyyəti artıq öz hərbi doktrinasında dəyişiklik etmək istəyir. "Yerli özünü müdafiə", "mülki könüllülər" hərbi birləşmələri yaratmaq istəyirlər. O dəstələrə də icra nümayəndələri rəhbərlik edəcək, onların tabeçiliyində olacaqlar. Bu da onu göstərir ki, artıq daxildə vəziyyət elə həddə çatıb ki, Paşinyan xalqa arxalana bilmir. Paşinyan əvvəl küçə hərəkatı ilə hakimiyyətə gəlsə də, bu gün artıq həmin küçə hərəkatı Paşinyanın tərəfində deyil. O, öz hakimiyyətini saxlamaq üçün bu addımları atır ki, sözügedən qüvvələrlə vəiyyəti tənzimləsin. Ona görə də cəbhə bölgəsində erməni tərəfi bütün təmas xəttində təxribat törətməyə imkan axtarır və ona hazırlaşır. Tovuz istiqaməti son təxribatlardan sonra bizim xüsusilə diqqətimiz mərkəzindədir, biz ora daha çox diqqət yetiririk. Ancaq bir şey demək istəyirəm, düşməndən istər Azərbaycanla dövlət sərhəddində, istər təmas xəttində, istərsə də Dağlıq Qarabağ istiqamətində hər an hər hansı bir təxribat gözləmək olar və biz onu gözləyirik.

Ermənilərdən hər an hər şey gözləmək olar

Biz nəinki gözləyirik, çoxsaylı təxribatların qarşısını qabaqlayıcı tədbirlərlə alırıq. Çünki əməliyyat şəraiti daim bizim bölmələrin nəzarəti altındadır. Nəzarət yüksək olduğu üçün və orada olan müasir texniki kəşfiyyat müşahidə vasitələri bu gün imkan verir ki, təhlükəsiz yerdə duraraq düşmənin hər hansı bir hərəkətini müşahidə edə bilsin. Ermənilərdən hər an hər şey gözləmək olar. Bu gün cəbhə bölgəsində gərginlik prinsip cəhətdən dəyişməyib. Biz daim gərgin vəziyyətdəyik, çünki orada döyüş tapşırığını uğurla yerinə yetirirlər, bundan sonra da uğurla yerinə yetirərək düşmənin hər hansı bir təxribatının qarşısını almağa nail olacaqlar". 

Təhməz Əsədov Son.az

"Prosesə seyrçi mövqedən yanaşma vəziyyəti daha da gərginləşdirir" like
  • 17 Sen 16:15  
Siyasət "Prosesə seyrçi mövqedən yanaşma vəziyyəti daha da gərginləşdirir"

İyul ayının 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhə

arrow Ətraflı
Nazir müavini: Bərpa olunası abidələrimiz çoxdur like
  • 17 Sen 16:11  
Digərləri Nazir müavini: Bərpa olunası abidələrimiz çoxdur

Hazırda biz beynəlxalq təşkilatlarla, özəl sektorla işimizi gücləndirm

arrow Ətraflı
BMT nəşrində AIDAnın kampaniyası barədə məqalə dərc edilib like
  • 17 Sen 16:09  
Siyasət BMT nəşrində AIDAnın kampaniyası barədə məqalə dərc edilib

BMT-nin Cənub-Cənub Əməkdaşlığı Ofisinin cari ildə çap olunmuş "

arrow Ətraflı
Azərbaycanda özəl sektor mədəniyyət sahəsinə də cəlb ediləcək like
  • 17 Sen 16:07  
Kriminal Azərbaycanda özəl sektor mədəniyyət sahəsinə də cəlb ediləcək

Mədəniyyət sahəsində bir sıra standartlar müəyyən edilməlidir. Etiraf

arrow Ətraflı
Müəllimlər üçün vebinar keçirildi like
  • 17 Sen 16:04  
Digərləri Müəllimlər üçün vebinar keçirildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təh

arrow Ətraflı
Anar Kərimov: Tarixi adətənənələrimizin qorunması üçün yeni istiqamətlər müəyyən edilib like
  • 17 Sen 16:01  
Kriminal Anar Kərimov: Tarixi adətənənələrimizin qorunması üçün yeni istiqamətlər müəyyən edilib

Mədəniyyətimizin ənənəvi missiyalarından biri də tarixi adət-ənənəl

arrow Ətraflı
Aktyor adına saxta profil açanları polisə şikayət etdi like
  • 17 Sen 15:58  
Digərləri Aktyor adına saxta profil açanları polisə şikayət etdi

Aktyor Eser Yenenler sosial şəbəkədə adına açılan bütün saxta profill

arrow Ətraflı
Uşaqların həyatı təhlükədə: Keçməyə yol olmur, söyüş söyürlər  VİDEO like
  • 17 Sen 15:53  
Digərləri Uşaqların həyatı təhlükədə: Keçməyə yol olmur, söyüş söyürlər VİDEO

9 mərtəbəli yaşayış binasının qarşısında çox kiçik bir boş əraz

arrow Ətraflı
Arzu Nağıyev: Azərbaycanda korrupsiyaya qarşı mübarizə davam etdiriləcək like
  • 17 Sen 15:50  
Siyasət Arzu Nağıyev: Azərbaycanda korrupsiyaya qarşı mübarizə davam etdiriləcək

Bəlli olduğu kimi, sentyabrın 15-də Korrupsiyaya qarşı mübarizə üzrə K

arrow Ətraflı
IBA Miles kartlarını alanlar üçün "Xoş gəldin" kampaniyası! like
  • 17 Sen 15:49  
Digərləri IBA Miles kartlarını alanlar üçün "Xoş gəldin" kampaniyası!

Azərbaycan Beynəlxalq Bankı özünün yeni kart məhsullarından olan IBA Mil

arrow Ətraflı
51 yaşlı Cennifer cazibədarlığı ilə heyran etdi  FOTO like
  • 17 Sen 15:47  
Digərləri 51 yaşlı Cennifer cazibədarlığı ilə heyran etdi FOTO

Dünya şöhrətli müğənni Cennifer Lopez sosial şəbəkə paylaşımı ilə

arrow Ətraflı
Fermer təsərrüfatlarında müasir suvarma sistemlərindən istifadə genişlənir like
  • 17 Sen 15:45  
Digərləri Fermer təsərrüfatlarında müasir suvarma sistemlərindən istifadə genişlənir

Müasir suvarma sistemlərindən istifadə fermerlərin təsərrüfat xərcləri

arrow Ətraflı
"Mahnılarını məclisdə eşitmişəm, amma yadımda qalmayıb" like
  • 17 Sen 15:42  
Şou-biznes "Mahnılarını məclisdə eşitmişəm, amma yadımda qalmayıb"

Xalq artisti Brilliant Dadaşova müğənnilərlə bağlı açıqlamaları ilə

arrow Ətraflı
DİM: Plan yerlərinə əvvəlcə abituriyentlər, sonra subbakalavrlar yerləşdirilir like
  • 17 Sen 15:41  
Digərləri DİM: Plan yerlərinə əvvəlcə abituriyentlər, sonra subbakalavrlar yerləşdirilir

Sənəd qəbulu zamanı V ixtisas qrupa sənəd verməyən abituriyentlər ixtis

arrow Ətraflı