Anar Kərimov: Tarixi adətənənələrimizin qorunması üçün yeni istiqamətlər müəyyən edilib


Kriminal 17 Sen 2020 16:01:00 130 0

Anar Kərimov: Tarixi adətənənələrimizin qorunması üçün yeni istiqamətlər müəyyən edilib

Mədəniyyətimizin ənənəvi missiyalarından biri də tarixi adət-ənənələrimizin, tariximizin qorunması və onun gələcək nəsillərə ötürülməsidir. Bu sahədə yeni istiqamətlər müəyyən edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

Nazir bildirib ki, strateji istiqamətlərin həll olunması üçün müəyyən problemlər də var: "Hüquqi bazanın təkmilləşdirilməsi, idarəetmənin daha düzgün formada aparılması üçün Milli Məclisə, Mədəniyyət Komitəsinə ehtiyacımız var".