BMT nəşrində AIDAnın kampaniyası barədə məqalə dərc edilib


Siyasət 17 Sen 2020 16:09:00 75 0

BMT nəşrində AIDAnın kampaniyası barədə məqalə dərc edilib

BMT-nin Cənub-Cənub Əməkdaşlığı Ofisinin cari ildə çap olunmuş "Dayanıqlı İnkişaf naminə Cənub-Cənub və Üçtərəfli Əməkdaşlıqda Qabaqcıl Təcrübələr (Good Practices in South-South and Triangular Cooperation for Sustainable Development)" nəşrində ölkəmizin İslam İnkişaf Bankı (İİB) ilə strateji tərəfdaşlıq əsasında İslam Əməkdaşlıq Təşkilatına üzv olan Afrika ölkələrində həyata keçirdiyi "Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə" (Alliance to Fight Avoidable Blindness - AFAB) kampaniyasındakı təcrübəsini əks etdirən məqalə dərc edilmişdir.

Xarici İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, AFAB kampaniyası 2012-ci ildən etibarən XİN-nin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) iştirakı ilə həyata keçirilir. Kampaniyanın 2012-2016-cı illəri əhatə etmiş birinci mərhələsi ərzində bir sıra Afrika ölkələrində, o cümlədən Burkina Faso, Çad, Qəmər adaları, Kot-d'İvuar, Cibuti, Qvineya-Bissau, Mozambik, Mali, Mavritaniya, Niger, Somali və Toqoda ümumilikdə 300 mindən artıq insanın gözü müayinə edilmiş, görmə qabiliyyətini tam və ya qismən itirmiş 56 mindən artıq insan isə ödənişsiz əsasda həyata keçirilmiş katarakt əməliyyatları nəticəsində öz sağlamlığına qovuşmuşdur. Eyni zamanda, kampaniya çərçivəsində 177 yerli həkimin peşəkar səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq təlimlər keçirilmişdir. AIDA-nın təşəbbüsü əsasında Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri də sözügedən kampaniyaya cəlb olunmuşlar.

2018-ci ildən AFAB kampaniyasının ikinci mərhələsi başlamışdır. 2019-cu il ərzində Burkina Faso, Çad, Qəmər adaları, Qvineya-Bissau, Mali, Niger və Toqoda 20 mindən artıq insanın gözü müayinə edilmiş, 8 min insan göz əməliyyatları ilə təmin olunmuş, 26 yerli həkimə isə peşəkar təlim keçilmişdir. 2018-2022-ci illəri əhatə edən ikinci mərhələ ərzində 100 mindən artıq göz əməliyyatlarının həyata keçirilməsi, 1 milyon məktəblinin gözünün müayinə edilməsi və eynəklə təmin olunması, 90 yerli həkimin ixtisasartırma kurslarında iştirak etməsi nəzərdə tutulur.

Məlumat üçün qeyd edək ki, Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (Azerbaijan International Development Agency - AIDA) 2011-ci ildə təsis edilmişdir. Agentliyin yaradılmasında məqsəd Azərbaycan Respublikası tərəfindən göstərilən beynəlxalq yardımların əlaqələndirilməsi və xarici ölkələr üçün humanitar və inkişafa yardım layihələrinin həyata keçirilməsidir.

Azərbaycanda özəl sektor mədəniyyət sahəsinə də cəlb ediləcək like
  • 17 Sen 16:07  
Kriminal Azərbaycanda özəl sektor mədəniyyət sahəsinə də cəlb ediləcək

Mədəniyyət sahəsində bir sıra standartlar müəyyən edilməlidir. Etiraf

arrow Ətraflı
Müəllimlər üçün vebinar keçirildi like
  • 17 Sen 16:04  
Digərləri Müəllimlər üçün vebinar keçirildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təh

arrow Ətraflı
Anar Kərimov: Tarixi adətənənələrimizin qorunması üçün yeni istiqamətlər müəyyən edilib like
  • 17 Sen 16:01  
Kriminal Anar Kərimov: Tarixi adətənənələrimizin qorunması üçün yeni istiqamətlər müəyyən edilib

Mədəniyyətimizin ənənəvi missiyalarından biri də tarixi adət-ənənəl

arrow Ətraflı
Aktyor adına saxta profil açanları polisə şikayət etdi like
  • 17 Sen 15:58  
Digərləri Aktyor adına saxta profil açanları polisə şikayət etdi

Aktyor Eser Yenenler sosial şəbəkədə adına açılan bütün saxta profill

arrow Ətraflı
Uşaqların həyatı təhlükədə: Keçməyə yol olmur, söyüş söyürlər  VİDEO like
  • 17 Sen 15:53  
Digərləri Uşaqların həyatı təhlükədə: Keçməyə yol olmur, söyüş söyürlər VİDEO

9 mərtəbəli yaşayış binasının qarşısında çox kiçik bir boş əraz

arrow Ətraflı
Arzu Nağıyev: Azərbaycanda korrupsiyaya qarşı mübarizə davam etdiriləcək like
  • 17 Sen 15:50  
Siyasət Arzu Nağıyev: Azərbaycanda korrupsiyaya qarşı mübarizə davam etdiriləcək

Bəlli olduğu kimi, sentyabrın 15-də Korrupsiyaya qarşı mübarizə üzrə K

arrow Ətraflı
IBA Miles kartlarını alanlar üçün "Xoş gəldin" kampaniyası! like
  • 17 Sen 15:49  
Digərləri IBA Miles kartlarını alanlar üçün "Xoş gəldin" kampaniyası!

Azərbaycan Beynəlxalq Bankı özünün yeni kart məhsullarından olan IBA Mil

arrow Ətraflı
51 yaşlı Cennifer cazibədarlığı ilə heyran etdi  FOTO like
  • 17 Sen 15:47  
Digərləri 51 yaşlı Cennifer cazibədarlığı ilə heyran etdi FOTO

Dünya şöhrətli müğənni Cennifer Lopez sosial şəbəkə paylaşımı ilə

arrow Ətraflı
Fermer təsərrüfatlarında müasir suvarma sistemlərindən istifadə genişlənir like
  • 17 Sen 15:45  
Digərləri Fermer təsərrüfatlarında müasir suvarma sistemlərindən istifadə genişlənir

Müasir suvarma sistemlərindən istifadə fermerlərin təsərrüfat xərcləri

arrow Ətraflı
"Mahnılarını məclisdə eşitmişəm, amma yadımda qalmayıb" like
  • 17 Sen 15:42  
Şou-biznes "Mahnılarını məclisdə eşitmişəm, amma yadımda qalmayıb"

Xalq artisti Brilliant Dadaşova müğənnilərlə bağlı açıqlamaları ilə

arrow Ətraflı
DİM: Plan yerlərinə əvvəlcə abituriyentlər, sonra subbakalavrlar yerləşdirilir like
  • 17 Sen 15:41  
Digərləri DİM: Plan yerlərinə əvvəlcə abituriyentlər, sonra subbakalavrlar yerləşdirilir

Sənəd qəbulu zamanı V ixtisas qrupa sənəd verməyən abituriyentlər ixtis

arrow Ətraflı
Rus bölməsinin abituriyentləri Azərbaycan bölməsinin ixtisaslarını seçə bilərmi? like
  • 17 Sen 15:40  
Digərləri Rus bölməsinin abituriyentləri Azərbaycan bölməsinin ixtisaslarını seçə bilərmi?

Qəbul qaydalarına görə, ixtisaslar üzrə birgə müsabiqə yoxdursa, plan y

arrow Ətraflı
Baş Prokurorluq Bakıda intihar edən müəllimə ilə bağlı məlumat yaydı like
  • 17 Sen 15:38  
Digərləri Baş Prokurorluq Bakıda intihar edən müəllimə ilə bağlı məlumat yaydı

Baş Prokurorluq Bakıda müəllimənin intiharı ilə bağlı yayılna məlumat

arrow Ətraflı
DİM: V qrupda keçid ballarının artırılacağı gözlənilir like
  • 17 Sen 15:37  
Digərləri DİM: V qrupda keçid ballarının artırılacağı gözlənilir

Statistika onu göstərir ki, ötən illə müqayisədə bu il V qrup üzrə mü

arrow Ətraflı