Aktyor adına saxta profil açanları polisə şikayət etdi


Digərləri 17 Sen 2020 15:58:00 213 0

Aktyor adına saxta profil açanları polisə şikayət etdi

Aktyor Eser Yenenler sosial şəbəkədə adına açılan bütün saxta profillərlə mübarizə aparmaq qərarına gəlib.

Son.az axşam.az-a istinadən bildirir ki, saxta profillərdən ona aid olmayan paylaşımlar edildiyini və buna görə çətin anlar yaşadığını deyən sənətçi məhkəməyə üz tutub.

Eser bütün profillərins ahiblərinin tapılmasını və cəzalandırılmasını tələb edib. Yenenler onun icazəsi olmadan hansısa bir səhifədə onla bağlı foto və ya məlumat paylaşılmasına qadağa qoyulmasını istəyib.

Aktyor özəl həyatı ilə bağlı paylaşımlarda təhqirlərə məruz qalmasından şikayətlənib.