Zibil konteynerlərindən şikayətlə bağlı BŞİHdən açıqlama FOTO


Digərləri 17 Sen 2020 14:31:00 189 0

Zibil konteynerlərindən şikayətlə bağlı BŞİHdən açıqlama  FOTO

Bakı Şəhər İcra Hakimiyyəti Yasamal rayon sakinlərinin şikayəti əsasında hərəkətə keçib.

İcra Hakmiyyətindən Son.az-a verilən məlumata görə, ötən gün, mediada Yasamal rayonu, 7-ci Sallaqxana kuçəsində yaşayan sakinlərin zibil konteynerlərinin çatışmazlığından şikayət etdikləri ilə bağlı məlumat yayılmışdı. Məsələ ilə əlaqədar Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti əməkdaşları tərəfindən dərhal əraziyə baxış keçirilib, konteynerlərdəki tullantıların daşınması təmin edilib.

Bildirilib ki, ötən ildən Bakı şəhərinin Nərimanov rayonunda Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrası uğurla həyata keçirilir. Layihəyə əsasən ilin sonuna kimi paytaxtın daha 3, o cümlədən Yasamal rayonu da bu layihəyə qoşulacaqdır. Bununla əlaqədar rayonda yeni konteyner meydançaları yaradılır, buradakı konteynerlər isə hissə-hissə qapağı olan yeni iri tutumlu konteynerlərlə əvəz edilirlər.

Hazırda həmin ərazi kommunal xidmətlər tərəfindən nəzarətə götürülüb.