Rusiyada koronavirusdan daha 144 nəfər öldü


Dünya 17 Sen 2020 14:36:00 144 0

Rusiyada koronavirusdan daha 144 nəfər öldü

Rusiyada koronavirusa yoluxanların sayı 1,08 milyon nəfəri keçib.

Son.az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 5 762 nəfər virusa yoluxub, 144 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 085 281 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 19 061 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 895 868 nəfər virusdan sağalıb, 170 352 nəfərin müalicəsi isə davam edir.