Muğam Mərkəzi və Dövlət TarixMemarlıq Qoruğu İdarəsi birgə layihə təqdim edəcək FOTO


Kriminal 17 Sen 2020 14:25:00 160 0

Muğam Mərkəzi və Dövlət TarixMemarlıq Qoruğu İdarəsi birgə layihə təqdim edəcək  FOTO

Sentyabrın 18-i dahi bəstəkar, Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəylinin doğum günü ölkəmizdə ənənəvi olaraq Milli musiqi günü ("Üzeyir musiqi günü") kimi təntənə ilə qeyd olunur. Mədəniyyət tariximizin bu əlamətdar günü Beynəlxalq Muğam Mərkəzi və İçərişəhər  Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi  birgə layihə təqdim edəcək.

BMM-nin "Muğam axşamları" layihəsi 18 sentyabr tarixində İçərişəhərdə Şirvanşahlar sarayı kompleksində , XVII əsrin memarlıq abidəsi olan Yeraltı hamamda və Bakı Xan Sarayının  ərazisində onlayn olaraq yayımlanacaq. Konsert proqramında 20-ə yaxın musiqi nömrəsi təqdim olunacaq.

Layihənin konsertləri  "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və BMM-nin sosial şəbəkələri vasitəsilə gün ərzində 12:00, 15:00 və 17:00-da yayımlanacaq.

Proqramda BMM-nin solistləri , Əməkdar artistlər Səbuhi İbayev, İlkin Əhmədov, Təyyar Bayramov, xanəndələr Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Elgiz Əliyev, Səbinə Ərəbli, Rəvanə Qurbanova, Almaxanım Əhmədli , Ayşən Mehdiyeva çıxış edəcəklər. Solistləri Beynəlxalq Muğam Mərkəzinin musiqi kollektivi müşayiət edəcək.