"Böyrək çatışmazlığı olan xəstələrin vəziyyətinə uyğun olaraq əlillik təyin edilir"


Digərləri 17 Sen 2020 14:09:00 148 0

"Böyrək çatışmazlığı olan xəstələrin vəziyyətinə uyğun olaraq əlillik təyin edilir"

Böyrək çatışmazlığı olan xəstələrə böyrək çatışmazlığının vəziyyətinə uyğun olaraq əlillik dərəcəsi təyin edilir.

Son.az Trend-ə istinadən bildirir ki, ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.

Onun sözlərinə görə, böyrək çatışmazlığı 5-ci dərəcə səviyyəsində olduqda şəxsə 1-ci qrup əlillik təyin edilə bilər.

M.Məmmədova əlavə edib ki, görmə itiliyi zəif olan şəxslər də əlillik dərəcəsi ala bilərlər: "Bunun üçün görmə itiliyi əskər hallarda Milli Oftalmologiya mərkəzində ölçülməlidir".

M.Məmmədova qeyd edib ki, mövcud qanunvericliyə görə, 1-ci qrup əlillik müddətsiz verilir. 2 və 3-cü qrup əlillik 5 il müddətinə təyin edilir: "Lakin 2 və 3-cü qrup əlillik alan şəxslərin səhhətində bəzən geridönməz hallar olur. Bu halda onlara birinci dəfədən əlillik müddətsiz təyin edilə bilər".