"Əlilliyin qiymətləndirilməsi şəxsin iştirakı olmadan onlayn qaydada aparılır"


Digərləri 17 Sen 2020 13:47:00 163 0

"Əlilliyin qiymətləndirilməsi şəxsin iştirakı olmadan onlayn qaydada aparılır"

Əlilliyin qiymətləndirilməsi Nazirlər Kabinetinin qərarı ilə şəxsin iştirakı olmadan onlayn qaydada aparılır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.

Onun sözlərinə görə, forma 88 göndərişi əsasında vətəndaş yaşadığı yer üzrə səhiyyə müəssisəsisəinə müraciət etməlidir və oraya bütün stasionar müalicələrini əks etdirən sənədlər təqdim etməlidir. Göndəriş rəsmiləşdirildikdən sonra ƏƏSMN-nin əlillik üzrə alt sisteminə daxil olunur. Burada bütün məlumatlar qiymətləndirmək üçün Dövlət Tibbi-Sosial Ekspertiza komissiyasına göndərilir. Əilliyin təyin edilməsi haqqında şəxsin mobil telefonuna SMS-lə məlumat göndərilir.