Bakıda özünü binadan atan 27 yaşlı qadın müəllimə imiş YENİLƏNİB FOTO


Digərləri 17 Sen 2020 13:24:00 170 0

Bakıda özünü binadan atan 27 yaşlı qadın müəllimə imiş  YENİLƏNİB  FOTO

13:24

Bakıda 27 yaşlı müəllim özünü yaşadığı binanın pəncərəsindən atıb.

Son.az xəbər verir ki, bu barədə oxu.az-a Bakı şəhər Təhsil İdarəsindən məlumat verilib:

"121 nömrəli tam orta məktəbdən hadisə ilə bağlı verilən məlumatda bildirilir ki, məktəbin ibtidai sinif müəllimi İsayeva Naidə Namiq qızı 16 sentyabr tarixində özünü Nərimanov rayonunda yaşadığı binadan aşağı atıb.

Təəssüflə qeyd edirik ki, hadisə nəticəsində Naidə İsayeva vəfat edib.

Onu da qeyd edək ki, Naidə İsayeva həmin gün (16 sentyabr) zəng edərək özünü narahat hiss etdiyi üçün işə gələ bilməyəcəyini deyib. N.İsayeva məktəbdə bacarıqlı, sakit və savadlı bir müəllim kimi tanınıb. Hadisədən kədərləndiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik.

Bizdə olan məlumata əsasən, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır".

---------- 13:12

Bakıda intihar hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. 1993-cü il təvəllüdlü İsayeva Naidə Namiq qızı rayon ərazisində yerləşən çoxmərtəbəli binadan özünü atıb.

Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.