Sevil və Sevinc ATVdə aparıcılığa başlayır


Şou-biznes 17 Sen 2020 13:25:00 190 0

Sevil və Sevinc ATVdə aparıcılığa başlayır

Müğənni Sevil və Sevinc Səfərovalar yenidən aparıcılıq edəcək.

Son.az axşam.az-a istinadən bildirir ki, bacılar bu dəfə ATV-də çalışacaqlar. İfaçıların yeni layihəsi günorta saatlarında yayımlanacaq.

Şou xarakterli proqramda Sevil və Sevinc sənət adamlarını qonaq edəcəklər.

Qeyd edək ki, əkzilər bundan əvvəl "Xəzər" telekanalında "Hər şey daxil" verilişini aparırdı. Bacılar proqramdan ayrıldıqdan sonra aparıcılıq etməyəcəklərini açıqlamışdı. Onlar aparıcılığın onların sənətinə mane olduğunu deyirdi.