Səfirlik Rusiyada saxlanılan vətəndaşlarımızla bağlı məlumat yaydı


Siyasət 17 Sen 2020 13:38:22 44 0

Səfirlik Rusiyada saxlanılan vətəndaşlarımızla bağlı məlumat yaydı

23-24 iyul tarixlərində Moskva şəhərində baş vermiş məlum iğtişaşlar zamanı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış Azərbaycan vətəndaşlarının vəziyyəti Səfirliyin diqqəti mərkəzindədir.

Səfirlikdən Son.az-a verilən məlumata görə, 15 sentyabr tarixində Rusiyanın müvafiq təşkilatlarından razılıq alınandan sonra Səfirliyin konsulu, müşavir Toğrul Sadıqov və konsulluğun üçüncü katibi Müsənnif Dadaşov Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin Moskva şəhəri üzrə idarəsinin 2 nömrəli İstintaq Təcridxanasında saxlanılan 18.10.1989-cu il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Elçin İsgəndər oğlu, 16 sentyabr tarixində isə Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin Moskva şəhəri üzrə idarəsinin 1 nömrəli İstintaq Təcridxanasında olan Azərbaycan Respublikasının vətəndaşı, 11.02.1985-ci il təvəllüdlü Ələkbərov Elvin Alxas oğlu və Rusiya Federasiyasının vətəndaşları: 14.06.1988-ci il təvəllüdlü Qiyasov Ceyhun Nadir oğlu, 12.08.1981-ci il təvəllüdlü İsmayılov Taleh Mustafa oğlu və 01.11.1985-ci il təvəllüdlü Qafarov Ələkbər Asəf oğlu ilə konsulluq görüşü keçirmişlər.

Görüşlərdə vətəndaşlarımız saxlanma şəraitlərinin qənaətbəxş olduğunu, ayrı-seçkiliklə üzləşmədiklərini, təcridxana rəhbərliyi və ya istintaq orqanı tərəfindən təzyiqlərə məruz qalmadıqlarını, vəkilləri ilə mütəmadi görüşə bildiklərini və sağlamlıqları ilə bağlı şikayətlərinin olmadığını vurğulamışlar.

Səfirliyin əməkdaşları tərəfindən onlara məlumat verilmişdir ki, həmvətənlərimizin məsələsi diqqət mərkəzindədir, lazımı hüquqi yardım göstəriləcəkdir və hazırda bu istiqamətdə müvafiq işlər davam etdirilir.

Həmçinin 16 sentyabr tarixində konsulluğun birinci katibi Rövşən Axundov Azərbaycan Respublikasının vətəndaşı, 18.10.1989-cu il təvəllüdlü Məmmədov Elçin İsgəndər oğlu, eləcə də, məlum hadisələr zamanı saxlanılmış Rusiya Federasiyasının vətəndaşları, soydaşlarımız, 29.09.1983-cü il təvəllüdlü Zeynalov Natiq Vəli oğlu, 24.03.1986-cı il təvəllüdlü Möclümov Asif Qurban oğlu və 26.03.1987-ci il təvəllüdlü Dibirov Rəşad Ramazan oğlunun Moskva şəhərinin Troitsk rayon məhkəməsinin binasında keçirilmiş məhkəmə iclaslarında iştirak etmişdir.

Məhkəmə prosesləri zamanı iddiaçı tərəf ibtidai istintaqın 24.10.2020-ci il tarixinədək uzadıldığına istinad edərək həmin vaxta qədər həbs qətimkan tədbirinin uzadılması barədə vəsatət qaldırmışdır. Federal hakimlər Rojkov Anatoli Vladimiroviç və Zaycev Roman Yevgeniyeviçin sədrliyi ilə keçirilən məhkəmə proseslərində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsinə (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil qrup tərəfindən cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) əsasən təqsirləndirilən şəxslərin həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının vəsatəti rədd edilmiş və onlar məhkəmə zalından buraxılmışlar. Lakin, ibtidai istintaq davam etdiyi üçün təqsirləndirilən şəxslərdən Moskva şəhərini tərk etməmək haqqında yazılı iltizam götürülmüşdür.

Qeyd etmək lazımdır ki, hakim Anatoli Vladimiroviç Rojkov məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslərə müraciət edərək diqqətə çatdırıb ki, Moskvadakı iğtişaşların Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəli olduğunu anlayır, lakin, bununla belə Moskva şəhərində, ümumilikdə, Rusiya Federasiyasının ərazisində ictimai qaydanın pozulmasına səbəb olacaq hərəkətlər yolverilməzdir.

Ermənistanda son sutkada 295 nəfər koronavirusa yoluxub like
  • 17 Sen 13:36  
Dünya Ermənistanda son sutkada 295 nəfər koronavirusa yoluxub

Ermənistanda son sutka ərzində 295 nəfər yeni növ koronavirus (COVID-19) i

arrow Ətraflı
Müdir "Bacınla öpüşsəydilər, nə edərdin?" sualına görə 1 milyon 700 min ödəyəcək  FOTO like
  • 17 Sen 13:30  
Dünya Müdir "Bacınla öpüşsəydilər, nə edərdin?" sualına görə 1 milyon 700 min ödəyəcək FOTO

Məktəbdə qızla öpüşən oğlanın ailəsinə 1 milyon 700 min təzminat ö

arrow Ətraflı
Sevil və Sevinc ATVdə aparıcılığa başlayır like
  • 17 Sen 13:25  
Şou-biznes Sevil və Sevinc ATVdə aparıcılığa başlayır

Müğənni Sevil və Sevinc Səfərovalar yenidən aparıcılıq edəcək.

arrow Ətraflı
Bakıda gəlini və qonşusundan şübhələnən qayınata qətlə yetirilib like
  • 17 Sen 13:19  
Kriminal Bakıda gəlini və qonşusundan şübhələnən qayınata qətlə yetirilib

2018-ci il avqustun 20-si saat 13 radələrində Ramana qəsəbəsində yaşayan

arrow Ətraflı
"Mənə tək sənət vəfalı çıxdı" like
  • 17 Sen 13:14  
Şou-biznes "Mənə tək sənət vəfalı çıxdı"

Studiya yaratmağa çalışıram. Qeyri-adi bir əsər hazırlamışam. İlk his

arrow Ətraflı
Moskvada ermənilərlə iğtişaşlara görə saxlanılan Azərbaycan vətəndaşları azadlığa buraxıldılar like
  • 17 Sen 13:13  
Dünya Moskvada ermənilərlə iğtişaşlara görə saxlanılan Azərbaycan vətəndaşları azadlığa buraxıldılar

Moskvada ermənilərlə iğtişaşlara görə saxlanılan azərbaycanlılar azad

arrow Ətraflı
LənkəranAstara zonasında leysan olub like
  • 17 Sen 13:09  
Digərləri LənkəranAstara zonasında leysan olub

Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.

arrow Ətraflı
Azərbaycanda vərəm xəstələrinin sayı azalıb like
  • 17 Sen 13:08  
Digərləri Azərbaycanda vərəm xəstələrinin sayı azalıb

Azərbaycanda müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan vər

arrow Ətraflı
Gürcüstanda 179 yeni yoluxma like
  • 17 Sen 13:03  
Dünya Gürcüstanda 179 yeni yoluxma

Gürcüstanda son sutka ərzində 179 nəfər koronavirusa yoluxub.

arrow Ətraflı
"AzerGold" tədavülə istiqrazlar buraxacaq  VİDEO  FOTO like
  • 17 Sen 13:00  
Digərləri "AzerGold" tədavülə istiqrazlar buraxacaq VİDEO FOTO

Ölkənin qeyri-neft sektorunun ən böyük ixracatçılarından olan "Azer

arrow Ətraflı
"Gəncə paxlavası"nın altında 100 min dollar keçirmək istədi like
  • 17 Sen 12:53  
Kriminal "Gəncə paxlavası"nın altında 100 min dollar keçirmək istədi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda v

arrow Ətraflı
Belarus XİN ermənilərin Qarabağa qanunsuz köçürülməsi barədə məlumatlandırıldı like
  • 17 Sen 12:52  
Siyasət Belarus XİN ermənilərin Qarabağa qanunsuz köçürülməsi barədə məlumatlandırıldı

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar

arrow Ətraflı