Kiyevdən Bakıya uçuşlar başlayır


Digərləri 17 Sen 2020 12:43:53 155 0

Kiyevdən Bakıya uçuşlar başlayır

Ukraynanın "Beynəlxalq Hava Yolları" aviaşirkəti oktyabrın 1-dən etibarən Kiyevdən 5 beynəlxalq reys işə salacaq.

Son.az Trend-ə istinadən bildirir ki, həmin tarixdən başlayaraq Kiyevdən Brüssel, Düsseldorf, London, Praqa və Bakıya uçuşlar həyata keçiriləcək.

Sentyabrın 16-dan başlayaraq sərnişinlər aldıqları bileti uçuş baş tutan tarixədək ödənişsiz şəkildə dəyişdirə bilərlər.

Bundan başqa, şirkət Bakı da daxil olmaqla bir neçə istiqamətdə tranzit uçuşların keçirilməsini təklif edib.