Eyvanda akrobatika ilə məşğul olan qadın yeddinci mərtəbədən yerə çırpıldı


Dünya 17 Sen 2020 12:19:00 143 0

Eyvanda akrobatika ilə məşğul olan qadın yeddinci mərtəbədən yerə çırpıldı

Eyvanda akrobatika ilə məşğul olan qadın yeddinci mərtəbədən yerə çırpılıb. Hadisə anı küçəyə quraşdırılmış müşahidə kameralarında anbaan qeydə alınıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Haber7" xəbər yayıb.

Məlumata görə, hadisə Türkiyənin İstanbul şəhərində baş verib. Həmin vaxt Ukrayna əsilli gimnast və aerobika müəlliməsi 43 yaşlı Larisa Kuzikin evində qonaqları da olub. Onların sözlərinə görə, həmin vaxt qadın eyvanda dəmir məhəccərlərin üzərində məşq edirmiş.

Polis hadisə ilə bağlı istintaqa başlayıb.