"Sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olsun"


Digərləri 17 Sen 2020 11:23:00 202 0

"Sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olsun"

Deputat sosial şəbəkələrə girişin şəxsiyyət vəsiqəsi ilə olmasını təklif edir.

Son.az Trend-ə istinadən bildirir ki, bu fikirlə deputat Jalə Əliyeva Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında çıxış edib.

Deputat media işçilərinə müraciə edib: "Bir məlumatı yayan zaman onun doğruluğunu yoxlayın. Məlumat və şou xətrinə nələrisə yaymaq olmaz. Bu məsələləri peşəkar media işçilərimizə aid etmirəm. Hesab edirəm ki, peyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır. Özüm də bu kimi informasiyalara məruz qalıram. Pisləmək çox asandır. Amma qurmaq, yaratmaq peşəkarlıq tələb edir".