"Əməliyyatın keçirilməsinə görə şəxsə əlillik təyin edilmir"


Digərləri 17 Sen 2020 11:43:48 209 0

"Əməliyyatın keçirilməsinə görə şəxsə əlillik təyin edilmir"

Hazırda əlilliyin təyini sisteminin elektronlaşdırılmasından əvvəl əlillik dərəcəsi alanların müayinəsi ilə bağlı məlumatlar sistemə daxil edilir. Bu ilin sonuna kimi bu prosesi yekunlaşdırmağı planlaşdırırıq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.

Onun sözlərinə görə, əməliyyatın keçirilməsinə görə şəxsə əlillik təyin edilmir: "Əlilliyin təyini üçün əməliyyat keçirilən orqanın funksional vəziyyəti dəyərləndirilir. Əskər hallarda açıq ürək əməliyyatı keçirənlər üçün 2-ci qrup əlillik təyin edilə bilər. Lakin göndərişdə vətəndaşın sağlamlıq vəziyyəti tam əks olunmalıdır".