"Dövrün tələbi, əsas prioritet istiqamətlərdən biri korrupsiyanın, rüşvətxorluğun yığışdırılmasıdır"


Siyasət 17 Sen 2020 10:45:00 46 0

"Dövrün tələbi, əsas prioritet istiqamətlərdən biri korrupsiyanın, rüşvətxorluğun yığışdırılmasıdır"

Prezident İlham Əliyevin apardığı daxili siyasətdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daim ön plana çəkilib və həyata keçirilən islahatların ən vacib hissələrindən biri olaraq qiymətləndirilir.

Son.az bildirir ki, bu fikirləri Trend-ə "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Onun sözlərinə görə, Korrupsiya ilə Mübarizə Komissiyasının yeni tərkibinin yaradılması, eləcə də ilk iclasda səslənən fikirlər də bu cür qənaətə gəlməyə kifayət qədər zəmin yaradır:

"Cənab Prezident İlham Əliyev məmurları vəzifəyə təyin edərkən onlara ilk tövsiyəsi vətəndaşın yanında olmaqla, vətəndaşa xidmət etməklə, ictimai nəzarəti formalaşdırmaqla hər bir məmurun vətəndaşın xidmətçisi rolunda çıxış etməsi ilə bağlı olub. Dövlətimizin başçısı yüksək vəzifələrə təyin etdiyi bütün məmurlara bu tövsiyələri verir. Sözsüz, zaman və faktlar göstərir ki, bəzən məmurların bəziləri vəzifəsini icra etməyə başladıqdan sonra cənab Prezidentin tələblərini unudur və tamamilə başqa yollar tutur, pul qazanmaq həvəsinə düşür, rüşvətxorluqla, korrupsiya ilə məşğul olur, bu vasitə ilə dövlətin apardığı uğurlu siyasətə xəyanət etmiş olurlar. Bunun da nəticəsidir ki, son dövrlərdə yerli icra hakimiyyəti orqanları rəhbərlərinin bu neqativ fəaliyyətlərinə qarşı ciddi mübarizə aparılır. Dövlətimizin başçısı həmişə çıxışlarında qeyd edib ki, korrupsiyaya qarşı çox amansız mübarizə aparılır, aparılacaq, kimliyindən asılı olmayaraq, heç kəs bu məsələdə sığortalanmayıb".

"Dövrün tələbi, əsas prioritet istiqamətlərdən biri korrupsiyanın, rüşvətxorluğun yığışdırılmasıdır" - deyən siyasi ekspert əlavə edib ki, bəzən sənədləşmə məsələsində rüşvətin tələb olunması cəhdləri ilə bağlı faktlar ortaya çıxır: "Müxtəlif sahələrdə, hətta kənd təsərrüfatı sektorunda sahibkarların, fermerlərin fəaliyyətinə yerli icra hakimiyyəti orqanları əngəllər törədirlər. Onlar hər hansı formada məcbur edirlər ki, vətəndaşlar rüşvət versinlər. Bu cür hallar var. Yaxud sahibkarlıq, biznes fəaliyyəti ilə məşğul olan insanlar bəzi hallarda müxtəlif təzyiqlərlə qarşılaşırlar. Bu da ayrı bir faktdır. Əsas odur ki, bu faktlar gizli qalmır, onlar araşdırılır və bununla bağlı mübarizə həyata keçirilir. Son proseslər də əldə edilən uğurları ehtiva etməkdədir. Cənab Prezidentin qeyd etdiyi kimi, rüşvətxorluğa, korrupsiyaya qarşı amansız mübarizə aparılır. O da yaxşı haldır ki, bundan hər bir vətəndaş məmnun qalır. Ona görə də vətəndaş məmnunluğunun təmin olunması üçün məmur özünün vəzifələrini düzgün icra etməlidir. Necə ki, cənab Prezident İlham Əliyev bütün çıxışlarında, bütün qəbullarında bu tapşırıqları verib. Vətəndaş da öz hüquq və vəzifəsini bilib, o çərçivədə görülən işlərə dəstək olmalıdır".

B.Quliyevin sözlərinə görə, bu istiqamətdə həyata keçirilən tədbirlər təqdirəlayiqdir, xalqın maraqlarına cavab verir: "Rüşvətxorluğa qarşı mübarizə təkcə dövlətin işi deyil, bütün vətəndaşlar fəal olmalı və bu işdə Prezidentə kömək etməlidirlər".

Sürücü 9 piyadanı vurub xəstəxanalıq etdi, like
  • 17 Sen 10:40  
Dünya Sürücü 9 piyadanı vurub xəstəxanalıq etdi,

Kanada kişi avtomobillə 9 nəfəri vurub.

arrow Ətraflı
"Rabitəbank" həssas əhali qruplarına təmənnasız dəstək olmağa davam edir like
  • 17 Sen 10:35  
Digərləri "Rabitəbank" həssas əhali qruplarına təmənnasız dəstək olmağa davam edir

Ölkəmizdə korporativ sosial məsuliyyət yönümlü proqramların hər zaman

arrow Ətraflı
Maskalı şəxslər evə basqın etdilər: like
  • 17 Sen 10:34  
Kriminal Maskalı şəxslər evə basqın etdilər:

Astarada ailə maskalı şəxslərin hücumuna məruz qalıb.

arrow Ətraflı
Pensiya sistemində yeni təkmilləşdirmələr aparılacaq like
  • 17 Sen 10:32  
Digərləri Pensiya sistemində yeni təkmilləşdirmələr aparılacaq

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, pensiya təminatını

arrow Ətraflı
Hindistanda koronavirusa rekord yoluxma qeydə alınıb like
  • 17 Sen 10:29  
Dünya Hindistanda koronavirusa rekord yoluxma qeydə alınıb

Hindistanda koronavirusa rekord yoluxma qeydə alınıb.

arrow Ətraflı
Distant təhsil şagirdlərdə hansı fəsadları törədəcək? like
  • 17 Sen 10:23  
Digərləri Distant təhsil şagirdlərdə hansı fəsadları törədəcək?

Son illər telefon, internet, sosial şəbəkə asılılığından əziyyət ç

arrow Ətraflı
Parlamentdə əfv və amnistiya aktı ilə bağlı dinləmə olacaq like
  • 17 Sen 10:20  
Siyasət Parlamentdə əfv və amnistiya aktı ilə bağlı dinləmə olacaq

Milli Məclisin payız sessiyası müddətində müvafiq dövlət qurumlarının

arrow Ətraflı
Milli Məclisin İnsan hüquqları komitəsi bu gün hesabat verəcək like
  • 17 Sen 10:18  
Siyasət Milli Məclisin İnsan hüquqları komitəsi bu gün hesabat verəcək

Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçiriləcək.

arrow Ətraflı
Dünyada koronavirusa yoluxanların sayı 30 milyonu keçdi like
  • 17 Sen 10:12  
Dünya Dünyada koronavirusa yoluxanların sayı 30 milyonu keçdi

Dünyada 30 038 411 nəfərdə koronavirus aşkarlanıb.

arrow Ətraflı
Halil Sezainin 67 yaşlı qonşusunu döydüyü anlar  VİDEO like
  • 17 Sen 10:07  
Digərləri Halil Sezainin 67 yaşlı qonşusunu döydüyü anlar VİDEO

Ötən gün türkiyəli müğənni Halil Sezainin qonşusunu döyməsi ilə bağ

arrow Ətraflı
Manatın məzənnəsi like
  • 17 Sen 10:01  
Digərləri Manatın məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 17 sentyabr tarixindən etibarən valyuta məzənn

arrow Ətraflı
Zamiq ilk dəfə övladının like
  • 17 Sen 09:56  
Şou-biznes Zamiq ilk dəfə övladının

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 1 yaşı tamam olub.

arrow Ətraflı
Cəbhədən yen xəbər like
  • 17 Sen 09:53  
Siyasət Cəbhədən yen xəbər

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Neft yenidən ucuzlaşıb like
  • 17 Sen 09:50  
Digərləri Neft yenidən ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının

arrow Ətraflı