Sürücü 9 piyadanı vurub xəstəxanalıq etdi,


Dünya 17 Sen 2020 10:40:00 115 0

Sürücü 9 piyadanı vurub xəstəxanalıq etdi,

Kanada kişi avtomobillə 9 nəfəri vurub.

Son.az avtosfer.az-a istinadən bildirir ki, hadisə sentyabrın 16-da Monreal şəhərində baş verib. Bu barədə CTV telekanalı məlumat yayıb.

Polis nümayəndəsi Manuel Kutyurun verdiyi məlumata görə, 38 yaşlı sürücü idarə etdiyi avtomobillə əvvəlcə 3 nəfəri, daha sonra isə əvvəlki törətdiyi qəzanın yaxınlığında daha 6 nəfəri vurub, onlardan 2-si uşaq olub. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb, yaralıların həyatı təhlükəsi yoxdur.

Kutyurun sözlərinə görə, sürücü asayiş keşikçiləri tərəfindən saxlanılıb, o, saxlanılan zaman özünü narkotik maddənin təsiri altında və yaxud da sərxoş kimi aparıb.