Mingəçevirdə ərin bıçaqladığı qadın bu gün öldü


Digərləri 17 Sen 2020 08:53:00 117 0

Mingəçevirdə ərin bıçaqladığı qadın bu gün öldü

Sentyabrın 8-də Mingəçevirdə aptekdə əri tərəfindən bıçaqlanan qadın bu gün xəstəxanada dünyasını dəyişib.

Son.az APA-ya istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü, şəhər sakini Könül Mirzəyevanın həyatını xilas etmək mümkün olmayıb. O, bu gün gecə saatlarında dünyasını dəyişib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi açılıb.