Toyda koronavirusa yoluxan yeddi nəfər öldü


Dünya 17 Sen 2020 08:48:00 126 0

Toyda koronavirusa yoluxan yeddi nəfər öldü

ABŞ-ın Men ştatında toy keçirilməsi bölgədə koronavirusun yayılmasına səbəb olub.

Son.az oxu.az-a istinadən bildirir ki, avqustda "Big Moose Inn" hotelində 65 nəfərin iştirakı ilə toy keçirilib. Bununla əlaqədar, 175 nəfərdən çox adamda koronavirusa yoluxma qeydə alınıb. Virusa yoluxanların yeddisi həyatını itirib.

Toy şənliyində Medison reablitasiya mərkəzinin əməkdaşları da iştirak ediblər. Əməkdaşlardan koronavirusa yoluxan yeddi nəfərin altısı ölüb.