Günün qoroskopu: bu gün özünüz haqda daha çox düşünəcəksiniz


Digərləri 17 Sen 2020 00:01:00 156 0

Günün qoroskopu: bu gün özünüz haqda daha çox düşünəcəksiniz

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç -  siz pullara qarşı düşüncəsiz münasibət bəsləyirsiniz, bəzən onları lazımsız yerlərə xərcləyirsiniz. Biletlər və səyahət üçün əşyalar almaq tövsiyə olunmur.

Buğa - rəyat potensialının yüksəlməsi ilə bağlı bir gündür. Bu da sizə xoş əhval, işgüzarlılıq və enerji bəxş edəcək. Qələbə çaldığınızda belə, narahatlığınız sona çatmayacaq və emosional dəstəyə ehtiyac duyacaqsınız. Belə olan halda pis niyyətli insanlar yaltaqlıqla sizin etimadınızı qazanmağa çalışacaqlar.

Əkizlər - öz maraqlarınızı qorumağa hazır olun və yaxınlarınız sizin şəxsi və ya iş həyatınıza müdaxilə etmək istəsələr, bu müdaxilələri dəf edin. İşdə əlverişli emosional situasiya formalaşacaq. Pis niyyətli adamlar sizin sakitliyinizi görüb təsim olacaqlar.

Xərçəng - uğurların asanlıqla qazanıldığı, heç bir problem üzərində uzun müddət düşünməyə ehtiyac olmadığı xoş bir gündür. Demək olmaz ki, bu gün mühüm qələbələrlə yadda qalacaq, lakin siz baş verənlərdən razı qalacaqsınız.

Şir - bu gün lazımsız xərclər də çox ola bilər. Sizin üçün qiymətli olan əşyanı itirmək ehtimalı da var. İşgüzar aktivliyi aşağı salmaq tövsiyə olunur. Sevdiyiniz insanları danlamaqdan çəkinin və nəzərə alın ki, hər bir zarafatınız insanların xətrinə dəyə bilər.

Qız - insanlarla qarşılıqlı anlayışa nail olmaq, lazım olan sözləri demək çətin olacaq. Məhz bu hal əvvəlcədən əldə olunmuş razılaşmaların ləğv olunmasına, işgüzar və şəxsi münasibətlərin pozulmasına səbəb ola bilər.  Şəxsi mənafelərinizi qorumağa cəhd göstərərkən, özünüzü çox sərt aparırsınız. O qədər əhəmiyyətsiz güzəştlərə gedirsiniz ki, qarşı tərəf bunu hiss edə bilmir.

Tərəzi - yeni bir şeylər öyrənmək imkanını əldən verməyin. Bu, sizin üçün çox faydalı olacaq. Zövq almaq üçün daha çox cəhd göstərəcəksiniz ki, bu da cari işlərdən yayınmağınıza səbəb olacaq.