3700 yaşı olan saray tapıldı


Digərləri 16 Sen 2020 23:52:00 169 0

3700 yaşı olan saray tapıldı

Arxeoloqlar Tunc dövrünə aid xənaan (Kənan) sarayının məhv olmasının səbəbini müəyyən ediblər.

Son.az xəbər verir ki, alimlər xarabalıqların yerləşdiyi yerdə güclü zəlzələ olduğunu təyin ediblər.

Saray, qədim zamanlarda Qərbi Qalileyanın mərkəzi olan böyük Kənan şəhəri Tel-Kabri şəhərinin olduğu İsraildə yerləşir. Binanı tamamilə qazmaq mümkün olub. Tədqiqatlar onun təxminən 3700 yaşında olduğunu müəyyən edib.

Tarixçilər uzun müddət sarayın tərk edilmə səbəblərini müəyyən edə bilməyib. Divar qalıqlarında hücumları və müharibələri əks etdirən atəş izləri qalmayıb. Sakinləri ərazini tərk etməyə məcbur edə biləcək quraqlıq və ya başqa bir fəlakət əlaməti və ya epidemiyanı göstərən hər hansı bir qəbiristanlıq da yoxdur.

Son araşdırmalar zamanı alimlər sarayın məhvolma prosesinin sürətlə baş verdiyini, insanlar sarayı tərk etdikdən sonra divarların və tavanların çökdüyünü müəyyən ediblər.