Koronavirusdan sağalan xəstələr haqqında ŞOK İDDİA 48 gün ərzində...


Digərləri 16 Sen 2020 23:45:00 62 0

Koronavirusdan sağalan xəstələr haqqında ŞOK İDDİA  48 gün ərzində...

Rusiya İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmətin ("Rospotrebnadzor") rəhbəri Anna Popova Rusiya Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında çıxışı zamanı bildirib ki, rus mütəxəssislərinin müşahidələri yeni növ koronavirus infeksiyasına yoluxan insanın 48 günə qədər virusu ötürməyə davam etdiyini təsdiqləyib.

Son.az xəbər verir ki, xarici mütəxəssislər virusun 90 günə qədər davam edə biləcəyini söyləyirlər. Səthlərdə isə sərbəst buraxılan virusun 48 saata qədər "yaşaya" bildiyi məlumdur.

Bəs bu niyə baş verir və koronavirusdan sağalan insanların xəstəliyi yoluxdurma təhlükəsindən qorxmaq lazımdırmı?

Rusiyalı tibb elmləri doktoru, alim, tanınmış virusoloq Aleksandr Lukaşev bu suallara cavab verib.

"Əksər hallarda virusun aşkar edildiyi bildirildikdə bu, virusun nuklein turşusunun olduğu deməkdir. Bu, virusun canlı olması demək deyil. Məsələn, virusun nüklein turşusu tozda, havada, kran suyunda tapıla bilər. İndiyə qədər deyək ki, daimi buzlaqlarda mamont nuklein turşusu tapa bilərsiniz, bu, mamontun indi oradan çıxacağı anlamına gəlmir", - mütəxəssis açıqlamasında qeyd edib.

Lukaşev virusun canlı olmasına baxmayaraq, bir insanın yoluxması üçün 1, ya da 10 deyil, 100 və ya daha çox, bəzən 10 minə qədər virusa ehtiyac olduğunu söyləyib:

"Odur ki, canlı virus bir yerdə qalsa da, onun miqdarına baxmaq lazımdır. Bir çox halda virusun yoluxuculuğunu davam etdirməsi yalnız nəzəri cəhətdən təhlükə yarada bilər. Yəni bir insan virusu ötürə bilər, hətta bu virus canlı ola bilər, ancaq belə bir insan epidemioloji təhlükəni təmsil etmir".

O əlavə edib ki, iki PCR testindən keçən və cavabı neqativ çıxan insan koronavirusdan sağalmış sayılır və xəstəxanadan buraxılır: "Mənfi test nəticəsi virusun, hətta heç bir hissəciyinin bədəndə qalmadığını göstərir. Epidemioloji baxımdan virusun asimptomatik yayılması böyük problemdir, lakin bu, əhalinin əhəmiyyətli hissəsinin onsuz da koronavirusa qarşı antikorlara sahib olmasını göstərir. Bu o deməkdir ki, COVID-19 heç bir simptom göstərmədən dövriyyəyə girə bilər". (publika.az)

İki avtomobil toqquşub like
  • 16 Sen 23:39  
Digərləri İki avtomobil toqquşub

Şəki rayonunun Bideyiz kəndində "VAZ" markalı iki minik avtomobil

arrow Ətraflı
Həmidə xanım Cavanşir  Qarabağın xeyirxah "Dəmir ledi"si  FOTO like
  • 16 Sen 23:27  
Digərləri Həmidə xanım Cavanşir Qarabağın xeyirxah "Dəmir ledi"si FOTO

Tarixin bütün dövrlərində, hətta ən keşməkeşli hesab edilən anlarınd

arrow Ətraflı
Sentyabrın 17si üçün teledərslərin cədvəli like
  • 16 Sen 23:14  
Digərləri Sentyabrın 17si üçün teledərslərin cədvəli

"Mədəniyyət", "ARB Günəş" telekanalları və "Tə

arrow Ətraflı
İspaniyada ilk like
  • 16 Sen 23:09  
Digərləri İspaniyada ilk

"Greenpeace", "Oxfam intermon" (dünyada Sosial və İqtisad

arrow Ətraflı
Cənubi Koreyada əsgərləri əvəzləyəcək dronlar yaradılacaq like
  • 16 Sen 23:04  
Dünya Cənubi Koreyada əsgərləri əvəzləyəcək dronlar yaradılacaq

Cənubi Koreyada döyüş meydanında əsgərləri əvəzləyə biləcək pilots

arrow Ətraflı
"Avropol" Avropada iğtişaş və etirazlar barədə xəbərdarlıq edib like
  • 16 Sen 23:00  
Dünya "Avropol" Avropada iğtişaş və etirazlar barədə xəbərdarlıq edib

Koronavirus pandemiyası nəticəsində meydana gələn iqtisadi böhran və mə

arrow Ətraflı