Virusoloq: koronavirusun növbəti dalğalarından yalnız peyvənd sayəsində qurtulmaq olar


Dünya 16 Sen 2020 22:40:00 148 0

Virusoloq: koronavirusun növbəti dalğalarından yalnız peyvənd sayəsində qurtulmaq olar

Rusiyada koronavirusun ikinci və sonrakı dalğalarından yalnız kütləvi peyvənd sayəsində qurtulmaq olar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Nikolay Fyodoroviç Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat İnstitutunun direktoru Aleksandr Qinzburq deyib.

"Biz yaxşı populyasiya səviyyəsində peyvənd olunmasaq, təəssüf ki, həm ikinci, həm üçüncü, həm də onuncu dalğa olacaq", - deyə o, Birinci kanalda yayımlanan "Dok-tok" proqramının efirində bildirib.

Rusiya İctimai Rəyin Tədqiqi Mərkəzinin avqustun 12-nə olan məlumatına əsasən, ölkə vətəndaşlarının 40 faizindən çoxu yeni "Sputnik V" vaksini ilə peyvənd olunmağa hazırdır. Sorğuda 18 yaşdan yuxarı 1,6 min rusiyalı iştirak edib.