Bakıda minik avtomobili yük maşını ilə toqquşub,


Digərləri 16 Sen 2020 22:04:00 158 0

Bakıda minik avtomobili yük maşını ilə toqquşub,

Bakı şəhərinin Qaradağ rayonunda "Toyota" markalı minik avtomobili və "MAN" markalı yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Rüstəmov Qədir İsmayıl oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.