Dağlıq Qarabağda koronavirusa yoluxanların sayı 345ə çatıb


Digərləri 16 Sen 2020 21:45:00 133 0

Dağlıq Qarabağda koronavirusa yoluxanların sayı 345ə çatıb

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirusa (COVID-19) yoluxanların ümumi sayı 345-ə çatıb.

Son.az APA-ya istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda son sutkada 5 yeni yoluxma faktı qeydə alınıb. 

İndiyədək infeksiyaya yoluxanlardan 301 nəfər sağalıb, 42 nəfərin müalicəsi davam edir.   

78 nəfər karantindədir.

İndiyədək analiz nəticəsi müsbət çıxan iki nəfər ölüb. Lakin onların digər xəstəliklərdən öldüyü bildirilir.