Gürcüstanda onlayn alışverişlə bağlı narazılıq


Dünya 16 Sen 2020 21:20:00 119 0

Gürcüstanda onlayn alışverişlə bağlı narazılıq

Gürcüstanda xarici saytlardan onlayn alış-veriş vasitəsilə ölkəyə gətirilən poçt bağlamalarının dəyəri 300 larini keçərsə həmin mallara 18% ƏDV  tətbiq olunur. Bu isə Gürcüstan ictimaiyyətində uzun müddətdir ki, davam edən narazılıqlara səbəb olub, vətəndaşlar qanunun dəyişdirilməsini istəyir. 

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə jurnalist Nata Patarayanıb "Sputnik Gürcüstan"da yazdığı məqalədə bildirib. Müəllif deyir ki, 13 mindən çox insan xaricdən gələn və dəyəri 300 laridən (təxminən 95 dollar) çox olan malların gömrük rəsmiləşdirilməsinə məruz qalmamasını tələb edir və vergisiz onlayn alış-veriş üçün məhsul dəyərinin limitini 600 lariyə (təqribən 190 dollar) qaldırmağı təklif edir.

Müvafiq petisiya altında imzalar toplanır və təşəbbüskarlar artıq parlamentə müraciət ediblər. Vətəndaşlar millət vəkilləri tərəfindən təşəbbüsün nəzərdən keçiriləcəyinə və vergi qanunvericiliyində müvafiq dəyişikliklərin ediləcəyinə ümid edirlər.

300 lari gömrük rəsmiləşdirmə həddi 2009-cu ilin avqustunda, yəni Gürcüstanda bir dolların təxminən 1.5 lariyə (indiki məzənnə 1 dollar - 3.2 lari ) alındığı vaxtda qəbul edilib. Daha əvvəl 2007-2009-cu illərdə isə poçt bağlamaları üçün 1500 lariyə qədər gömrük rəsmiləşdirməsi həddi var idi.

FedEx Georgia nəqliyyat şirkətinin baş direktoru Nino Menteşaşvili "Sputnik Gürcüstan"a verdiyi müsahibəsində bildirib ki, 300 GEL limiti təyin olunduqda, təxminən 150 GEL-ə 100 dollar almaq olardı. Daha sonra milli valyutanın ucuzlaşması xarici saytlardan sifariş olunan malların qiymətlərini xeyli artırıb.

Əvvəllər bir istehlakçı xaricdən, şərti olaraq, 100 dollara ayaqqabı alırdısa, bu məbləğin ekvivalenti 250 lari olduğu üçün mallar gömrük rəsmiləşdirilməsinə məruz qalmırdı. Ancaq indi eyni 100 dollara milli valyutada alınan malların qiyməti 300 lari-dan çoxdur və istehlakçı da alış qiymətinə əlavə olaraq 18% ƏDV ödəməlidir. Bu bahalaşma uyğun olaraq insanların xaricdən daha az mal almasına olmasına gətirib çıxarır.

"İstehlakçıların sayı azalıb, çünki 300 lari 150 dollar ekvivalenti olduğu zamanla müqayisədə indi sərhəddə daha çox məhsul gömrük rəsmiləşdirilməsinə məruz qalır. Bu səbəbdən 600 lari dəyərindən az olan məhsulların vergiyə cəlb edilməməsi məntiqli olardı", - deyə Menteşaşvili müsahibəsində qeyd edib.

Şirkət direktoru hesab edir ki, bağlamalara qoyulan dəyərin limiti 600 lariyə qaldırılarsa, xarici saytlardan alış-veriş edən insanların sayı mütləq artacaq. Belə ki, xüsusən koronavirus pandemiyası ilə əlaqədar olaraq bu cür ticarətə tələb artıb.

"Ölkələr arasında hərəkətliliyin azaldığını və alış-veriş üçün xaricə səyahətlərin məhdudlaşdığını nəzərə alaraq, təbii ki, internet üzərindən məhsul sifariş etmək istəyənlərin sayı artıb. Buna görə də poçt bağlamalarında vergi tutulan məhsulların dəyər limiti 600 lari səviyyəsinə qaldırmaq təşəbbüsü yaxşıdır, bu əhali üçün böyük bir stimul olacaq. Əlbəttə əgər insanların paltar almağa imkanları varsa".

Nino Menteşaşvilinin fikrincə, parlament təşəbbüsü nəzarətsiz qoymamalı, təklif olunan dəyişikliklər daşıyıcılara daha çox bağlama daşıması üçün şərait yaradacaq və alış qiymətləri də əhali üçün ucuzlaşacaq. "Dövlət büdcəsinə gəldikdə, bunun əlbəttə necəsə hesablanması lazımdır, amma dəyişikliklərin fəlakətli maliyyə ziyanına səbəb olacağını düşünmürəm. Bu, sadəcə alış-verişdir və milli miqyasda mal dövriyyəsində ƏDV-dən azad olmaq deyil",-deyə Menteşaşvili qeyd edib.