Dünya bankı: Azərbaycan səhiyyə və təhsil sahəsində ən çox irəliləyişə nail olmuş 10 ölkədən biridir


Digərləri 16 Sen 2020 21:35:00 72 0

Dünya bankı: Azərbaycan səhiyyə və təhsil sahəsində ən çox irəliləyişə nail olmuş 10 ölkədən biridir

Azərbaycan səhiyyə və təhsil sahəsində irəliləyişə nail olmuşdur, amma öz insan kapitalını gücləndirməyə daha çox sərmayə qoymalıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Dünya Bankının İnsan Kapitalı İndeksinin (İKİ) hesabatında deyilir. Dünya Bankının hesabatında deyilir

Dünya Bankının yeni dərc olunmuş İnsan Kapitalı İndeksində (İKİ) deyilir ki, Azərbaycanda gənclər, Avropa və Orta Asiya regionunun digər hissələrində olduğu kimi, uşaqlıq və yeniyetməlik illərində sağlamlıq və təhsilə davamlı yatırımlar sayəsində məhsuldar yetkin insana çevrilmək imkanına malikdirlər. Bu İndeksdə dünya ölkələrində insan kapitalının pandemiyadan əvvəlki vəziyyəti qiymətləndirilmişdir.

Bu ilki hesabatda 103 ölkənin 2010-2020-ci illər arasındakı dövrdə insan kapitalı sahəsində inkişafı təhlil olunur. Azərbaycan səhiyyə və təhsil sahəsində ən çox irəliləyişə nail olmuş 10 ölkədən biridir.

Lakin, Covid-19 pandemiyası və onun nəticəsində əmtəə bazarlarında baş vermiş təlatümlər bu günədək əldə edilmiş nailiyyətləri təhlükə altına qoyur. İctimai sağlamlığın qorunması məqsədilə tətbiq edilmiş pandemiya ilə bağlı məhdudiyyətlər səhiyyə və təhsil xidmətlərinin təmin edilməsini bir sıra çağırışlarla üz-üzə qoyur.

Azərbaycanın IKI göstəricisi 0,58-ə bərabərdir, yəni bu günki şəraitdə Azərbaycanda doğulmuş uşağın böyüdüyü zaman optimal sağlamlığa və tam təhsilə malik bir yetkin insanın məhsuldarlığının 58 faizinə nail olacağı gözlənilir. Bu, yuxarı-orta gəlirli ölkələr üzrə orta göstəricidən bir qədər yüksəkdir. Bununla belə, Azərbaycanda insanların məhsuldarlığı baxımından inkişaf üçün hələ yer var.

"Avropa və Orta Asiya regionunda hökumətlər artım və inkişafın əsas hərəkətverici qüvvələri olan səhiyyə və təhsilə investisiya qoyuluşuna üstünlük verməkdə uğur qazanıblar. Bununla belə, Covid-19-un ortaya qoyduğu problemlər, insanların keyfiyyətli təhsil və səhiyyə xidmətləri almasını təmin etmək məqsədilə xidmətlərin göstərilməsini və sosial yardım proqramlarını təkmilləşdirmək üçün müasir texnologiyalardan daha çox istifadə də daxil olmaqla daha güclü siyasət reaksiyası tələb edir", Dünya Bankının Avropa və Orta Asiya regionu üzrə vitse-prezidenti Anna Byerde demişdir.

Dünya Bankı və Azərbaycan Hökuməti tərəfindən bu yaxınlarda tamamlanmış "Sağ qal, Öyrən, İnkişaf et: Azərbaycanın iqtisadi artımını sürətləndirmək üçün strateji insan kapitalına investisiyaların yatırılması" adlı araşdırmada Azərbaycanda insan kapitalının formalaşdırılması və aktivləşdirilməsindəki irəliləyişlər və çağırışlar müəyyənləşdirilmişdir. Son 10 il ərzində Azərbaycanda uşaq ölümü və uşaqların inkişafdan geri qalması əmsalları əhəmiyyətli dərəcədə azalmışdır.

Təhsil sektorunda insan kapitalının inkişafı problemlərinin öhdəsindən gəlmək üçün Azərbaycanda uşaqların erkən təhsil proqramlarına cəlb olunmasının genişləndirilməsi və ali təhsilin aktuallığının yaxşılaşdırması lazımdır. Səhiyyə sahəsində sistemin xroniki xəstəliklərə reaksiyası gücləndirilməli və daha yaxşı səhiyyə xidmətlərini təmin etmək üçün maliyyə resurslarının səmərəliliyi yüksəldilməlidir. Sosial müdafiə və məşğulluq sahəsində ölkənin ən həssas təbəqələrini dəstəkləmək üçün sosial yardıma investisiyaları artırmaq və aktiv əmək bazarı proqramlarının əhatə dairəsini və miqyasını genişləndirmək lazımdır.

"Azərbaycan əhalisi - onun "insan kapitalı" - ölkənin ən qiymətli resursudur və Dünya Bankı yaşindan, cinsindən və yaşadığı bölgədən asılı olmayaraq bütün ölkə əhalisinin rifahını və məhsuldarlığını daha da artırmaq üçün imkanları dəstəkləməyə sadiqdir ", - Dünya Bankının Azərbaycandakı nümayəndəsi Sara Maykl (Sarah Machael) bildirmişdir.

Dünya Bankının İnsan Kapitalı İndeksi uşağın sağ qalması (doğumdan 5 yaşa kimi), keyfiyyətə görə korreksiya edilmiş ibtidai və orta təhsilin gözlənilən müddəti; uşaqların inkişafdan geri qalması əmsalı; yetkinlərin sağ qalma əmsalı kimi kritik göstəricilər üzrə uşaqların doğumdan 18 yaşa qədər inkişaf trayektoriyasını əhatə edir. Bu ilin martına olan məlumatlara əsasən formalaşdırılmış 2020-ci il üzrə İKİ pandemiya sonrası bərpa üçün səhiyyə və təhsil siyasətlərini və investisiyalarını əsaslandırmağa kömək edə biləcək pandemiyadan öncəki çıxış vəziyyəti haqqında məlumatları təmin edir.

Azərbaycan şoubiznesi İnstagramda like
  • 16 Sen 21:25  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları İnstaqram sos

arrow Ətraflı
Gürcüstanda onlayn alışverişlə bağlı narazılıq like
  • 16 Sen 21:20  
Dünya Gürcüstanda onlayn alışverişlə bağlı narazılıq

Gürcüstanda xarici saytlardan onlayn alış-veriş vasitəsilə ölkəyə gət

arrow Ətraflı
Kardi Bi reperdən ayrıldı like
  • 16 Sen 21:09  
Digərləri Kardi Bi reperdən ayrıldı

27 yaşlı müğənni Kardi Bi 28 yaşlı reper Offsetdən (Kiari Kendrell Sifus

arrow Ətraflı
Dövlət Komitəsindən “Qızılqum” sanatoriyası ilə bağlı AÇIQLAMA like
  • 16 Sen 20:59  
Digərləri Dövlət Komitəsindən “Qızılqum” sanatoriyası ilə bağlı AÇIQLAMA

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsin

arrow Ətraflı
Fermerlərə 30 milyon manat subsidiya ödənib like
  • 16 Sen 20:49  
Digərləri Fermerlərə 30 milyon manat subsidiya ödənib

Sentyabrın 15-dək dövlət fermerlərə yazlıq əkinlərə görə 30 milyon m

arrow Ətraflı
Pandemiya dövründə xaricə gedən azərbaycanlıların sayı açıqlanıb like
  • 16 Sen 20:44  
Digərləri Pandemiya dövründə xaricə gedən azərbaycanlıların sayı açıqlanıb

2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ölkələrə gedən

arrow Ətraflı
Hindistan Rusiyadan 100 milyon doza vaksin alacaq like
  • 16 Sen 20:39  
Dünya Hindistan Rusiyadan 100 milyon doza vaksin alacaq

Hindistan Rusiyadan 100 milyon doza koronavirus vaksinini satın alacaq.

arrow Ətraflı
Saxta içki hazırlayanlarla bağlı yeni məlumat like
  • 16 Sen 20:34  
Digərləri Saxta içki hazırlayanlarla bağlı yeni məlumat

Ölkəmizdə həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun b

arrow Ətraflı
Dövlət orqanlarının saytlarının yaradılmasına dair tələblər təsdiqləndi: like
  • 16 Sen 20:31  
Digərləri Dövlət orqanlarının saytlarının yaradılmasına dair tələblər təsdiqləndi:

Nazirlər Kabineti "Dövlət orqanlarının internet informasiya ehtiyatlar

arrow Ətraflı
Moskvada koronavirusa yoluxma sayı iyunun 29dan sonra maksimal həddə çatıb like
  • 16 Sen 20:29  
Dünya Moskvada koronavirusa yoluxma sayı iyunun 29dan sonra maksimal həddə çatıb

Rusiya paytaxtında ötən gün koronavirusa 750 yeni yoluxma faktı qeydə alı

arrow Ətraflı
Sumqayıt bu gün Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir  Fatma Yıldırım like
  • 16 Sen 20:24  
Digərləri Sumqayıt bu gün Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir Fatma Yıldırım

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının nəzdin

arrow Ətraflı
57 yaşlı ulduzdan bikini şou like
  • 16 Sen 20:09  
Digərləri 57 yaşlı ulduzdan bikini şou

90-cı illərin məşhur türk müğənnisi Yonca Evcimiyin ad günü paylaşım

arrow Ətraflı
Rusiya ölkəyə giriş qaydalarını dəyişib like
  • 16 Sen 20:04  
Dünya Rusiya ölkəyə giriş qaydalarını dəyişib

Rusiya hökuməti ölkəyə giriş qaydalarına dəyişiklik edib.

arrow Ətraflı
"Bir də görürsən 40 ilin sənətkarı "britelka" geyinib çıxır efirə. Olmaz" like
  • 16 Sen 19:59  
Şou-biznes "Bir də görürsən 40 ilin sənətkarı "britelka" geyinib çıxır efirə. Olmaz"

"Əvvəlki Zöhrə deyiləm artıq. Heç nəyə hövsələm qalmayıb. Baza

arrow Ətraflı