Kardi Bi reperdən ayrıldı


Digərləri 16 Sen 2020 21:09:00 172 0

Kardi Bi reperdən ayrıldı

27 yaşlı müğənni Kardi Bi 28 yaşlı reper Offsetdən (Kiari Kendrell Sifus) ayrılıb.

Son.az axşam.az-a istinadən bildirir ki, bu haqda "The Sun" məlumat yayıb. Sənətçi bunla bağlı 15 sentyabrda məhkəməyə boşanma ərizəsi verib.

Kardi Bi 2 yaşlı qızı Kalçerin qəyyumluğunun ona verilməsini istəyib. Müğənni bildirib ki, hakimdən uşağı görməklə bağlı vaxt bölgüsünü bərabər etsinlər.

Qeyd edək ki, Kardi 2017-ci ildə Offset-lə nikah masasına oturub. Onların münasibətləri hər zaman yaxşı olmayıb. 2018-ci ildə cütlüyün qızı dünyaya gəlib. "Münasibətin bitməsində heç kim günahkar deyil. Düşünürəm ki, sevgi bitdi" deyə, Kardi söyləyib.