Saxta içki hazırlayanlarla bağlı yeni məlumat


Digərləri 16 Sen 2020 20:34:00 69 0

Saxta içki hazırlayanlarla bağlı yeni məlumat

Ölkəmizdə həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində reallaşdırılan ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilməkdədir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Son.az-a verilən məlumatda bildirilir ki, qida təhlükəsizliyi sahəsində şəffaflığın, effektiv nəzarətin təmin edilməsi məqsədilə strateji dövlət idarəetməsinin prinsiplərinə uyğun olaraq, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş hüquqpozmalara qarşı mübarizə istiqamətində prokurorluq orqanları tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.

Xəbər verildiyi kimi, Bakı şəhər sakinləri Sərxan Bayramovun, Mustafa Mustafayevin, Yusif Hüseynovun ayrı-ayrı vaxtlarda spirtli içkilərin təsirindən zəhərlənərək tibb müəssisələrində vəfat etmələri faktları ilə bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq İdarəsində istintaq davam etdirilir. Cinayət işi üzrə qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələrinin təmin olunması məqsədilə peşəkar prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılaraq, təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilmişdir. Belə ki, istintaqla Vurğun İbadovun fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs kimi Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində yerləşən "Yaşıl bazar" ticarət mərkəzində əhaliyə meyvə-tərəvəz məhsullarının pərakəndə satışını həyata keçirərkən, tamah niyyətilə qabaqcadan əlbir olub gəlir əldə etmək məqsədi ilə fərdi sahibkar kimi qeydiyyatdan keçmiş vəzifəli şəxs olan Əzim Hüseynovdan və istintaqla müəyyənləşdirilməsi davam etdirilən digər şəxslərdən mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmaqla, keyfiyyətinin normalara uyğun olmadığını qabaqcadan bilərək qida məhsulu olan spirtli içkiləri alıb ayrı-ayrı şəxslərə satmış, nəticədə insan həyatı üçün təhlükəli olan metil spirtli tərkibli həmin alkoqollu içkilərin Xəyyam Bağırov, Gəray Bağırov və Romel Bağırov tərəfindən istifadə edilməsi səbəbindən hər üçünün kəskin metanol zəhərlənməsinə məruz qalaraq Xəyyam Bağırovun sağlamlığına zərər vurulmasına, Gəray və Romel Bağırovların isə ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə Əzim Hüseynov və Vurğun İbadov Cinayət Məcəlləsinin 200.4 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işindən həbsdə olan təqsirləndirilən şəxslər Əzim Hüseynov və Vurğun İbadovun təqsirləndirilmələrinə dair cinayət işi ayrılaraq ibtidai istintaq yekunlaşdırılıb.

28.08.2020-ci il tarixdə həmin cinayət işi aidiyyəti üzrə baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib.

Dövlət orqanlarının saytlarının yaradılmasına dair tələblər təsdiqləndi: like
  • 16 Sen 20:31  
Digərləri Dövlət orqanlarının saytlarının yaradılmasına dair tələblər təsdiqləndi:

Nazirlər Kabineti "Dövlət orqanlarının internet informasiya ehtiyatlar

arrow Ətraflı
Moskvada koronavirusa yoluxma sayı iyunun 29dan sonra maksimal həddə çatıb like
  • 16 Sen 20:29  
Dünya Moskvada koronavirusa yoluxma sayı iyunun 29dan sonra maksimal həddə çatıb

Rusiya paytaxtında ötən gün koronavirusa 750 yeni yoluxma faktı qeydə alı

arrow Ətraflı
Sumqayıt bu gün Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir  Fatma Yıldırım like
  • 16 Sen 20:24  
Digərləri Sumqayıt bu gün Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir Fatma Yıldırım

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının nəzdin

arrow Ətraflı
57 yaşlı ulduzdan bikini şou like
  • 16 Sen 20:09  
Digərləri 57 yaşlı ulduzdan bikini şou

90-cı illərin məşhur türk müğənnisi Yonca Evcimiyin ad günü paylaşım

arrow Ətraflı
Rusiya ölkəyə giriş qaydalarını dəyişib like
  • 16 Sen 20:04  
Dünya Rusiya ölkəyə giriş qaydalarını dəyişib

Rusiya hökuməti ölkəyə giriş qaydalarına dəyişiklik edib.

arrow Ətraflı
"Bir də görürsən 40 ilin sənətkarı "britelka" geyinib çıxır efirə. Olmaz" like
  • 16 Sen 19:59  
Şou-biznes "Bir də görürsən 40 ilin sənətkarı "britelka" geyinib çıxır efirə. Olmaz"

"Əvvəlki Zöhrə deyiləm artıq. Heç nəyə hövsələm qalmayıb. Baza

arrow Ətraflı
Nazirlər Kabineti su təsərrüfatı balanslarının tərtib edilməsi qaydasında dəyişiklik edib like
  • 16 Sen 19:55  
Digərləri Nazirlər Kabineti su təsərrüfatı balanslarının tərtib edilməsi qaydasında dəyişiklik edib

Baş Nazir Əli Əsədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu

arrow Ətraflı
Könül Kərimova illər əvvəl like
  • 16 Sen 19:49  
Şou-biznes Könül Kərimova illər əvvəl

Əməkdar artist Könül Kərimovanın mərhum sənətçi Məhəbbət Kazımovla

arrow Ətraflı
Pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 102 mln. manat vəsait ödənilib like
  • 16 Sen 19:44  
Digərləri Pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 102 mln. manat vəsait ödənilib

Avqust-sentyabr aylarında ikinci mərhələ üzrə maliyyə dəstəyi proqramı

arrow Ətraflı
Azərbaycanda çörək istehsalı artıb like
  • 16 Sen 19:39  
Digərləri Azərbaycanda çörək istehsalı artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 937,6 min ton çörək istehsal e

arrow Ətraflı
Balın tərkibi və saxta balın insan orqanizmi üçün təhlükəsi like
  • 16 Sen 19:34  
Digərləri Balın tərkibi və saxta balın insan orqanizmi üçün təhlükəsi

Bal tərkibi çoxsaylı mineral və vitaminlərlə zəngin olan təam, saysız-h

arrow Ətraflı