Hindistan Rusiyadan 100 milyon doza vaksin alacaq


Dünya 16 Sen 2020 20:39:00 124 0

Hindistan Rusiyadan 100 milyon doza vaksin alacaq

Hindistan Rusiyadan 100 milyon doza koronavirus vaksinini satın alacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiyanın Birbaşa İnvestisiyalar Fondu bildirib.

Qeyd olunur ki, vaksin tədarükü 2020-ci ilin sonunadək başlaya bilər. Bu, koronavirus vaksininin Hindistandakı kliniki sınaqlarının nəticəsi və qeydiyyatından asılı olacaq.

Xatırladaq ki, Rusiya avqustun əvvəlində dünyada ilk koronavirus vaksinini qeydiyyatdan keçirmişdi.