Sumqayıt bu gün Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir Fatma Yıldırım


Digərləri 16 Sen 2020 20:24:00 55 0

Sumqayıt bu gün Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir  Fatma Yıldırım

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının nəzdində

Peşə Təhsil Mərkəzinin açılışındakı çıxışı zamanı vacib məqamlara toxundu. Ümumiyyətlə, Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Hazırda Sumqayıtın potensialı daha da güclənir.

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Fatma Yıldırım bildirib ki, Sumqayıt Kimya Sənaye Parkının yaradılması ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir: "Bu baxımdan, Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti böyük əhəmiyyət kəsb edir".

Deputat qeyd edib ki, daxili tələbatın yerli məhsullar hesabına ödənilməsi baxımından bu sənaye mərkəzinin rolu vacibdir: "Nəzərə almalıyıq ki, əvvəllər bu ərazilərdə ekoloji vəziyyət çox acınacaqlı və bu torpaqlar tamamilə istifadəyə yararsız idi. Görülən işlər nəticəsində hal-hazırda həmin yerdə müasir dövrün tələblərinə uyğun sənaye parkının salınması dövlətimizin uğurudur. Bütün bunlar ölkəmizdə qeyri-neft sənayesinin dinamik inkişafının göstəricisidir".

Fatma Yıldırım, həmçinin Prezident İlham Əliyevin xaricdə yaşayan azərbaycanlı iş adamlarına çağırışının əhəmiyyətini də vurğulayıb. Onun fikrincə, xaricdə yaşayan azərbaycanlı iş adamları vətənpərvərlik sərgiləyərək öz ölkələrinin iqtisadiyyatına vəsait qoymaqdan çəkinməməlidirlər: "Soydaşlarımız müxtəlif ölkələrdə biznes sahəsində böyük uğurlar əldə ediblər. Bu qürurverici haldır və inanıram ki, xaricdə yaşayan azərbaycanlı iş adamları cənab Prezidentin çağırışına səs verərək ölkəmizdə yeni biznes sahələrinin qurulmasında aktiv iştirak edəcəklər. Bu prosesin səmərəli həyata keçirilməsi üçün düşünürəm ki, Azərbaycan diasporu, eləcə də xaricdəki nümayəndəliklərimiz öz töhfələrini vermək üçün müvafiq addımlar atmalı, investorların ölkəmizə cəlb olunması istiqamətində geniş proqrama başlamalıdırlar. Bu mənada, müvafiq məlumatlandırıcı və təşviqedici işlər görülməlidir. Azərbaycanda sahibkarlara yaradılmış münbit biznes mühiti ilə bağlı müxtəlif sərgilər və maarifləndirici seminarlar təşkil edilməsi məqsədəuyğun olar. Aidiyyəti dövlət qurumları Azərbaycanda qeyri-neft sektoruna yatırımlar etmək istəyən iş adamlarına lazımi dəstəyi əsirgəməməlidirlər. Həmçinin, biz də deputat olaraq bu prosesdə iştirak etməli, xaricdəki soydaşlarımızın iqtisadiyyatımıza sərmayə qoyması, xüsusilə də təmsil etdiyimiz bölgələrin inkişafına yatırımlar etməsi üçün aktiv təbliğatçı olmalıyıq. Məsələn, qeyd etmək istərdim ki, ətraf mühitin qorunması məqsədilə regionlarımızda məişət tullantılarının idarə olunması problemi çox aktualdır və hesab edirəm ki, bu istiqamətdə investorların cəlb olunması zəruridir. Bunun üçün bu sahə üzrə əlverişli biznes mühit yaradılmalıdır, həmin sahibkarlara müəyyən güzəştlər olunması üçün qanunlarda dəyişikliklər də müzakirə oluna bilər. Eyni zamanda, dövlətimizin təklif etdiyi güzəştlər, imtiyazlar və fürsətlərlə bağlı düzgün məlumatlandırma işi görülməlidir ki, xaricdə yaşayan azərbaycanlı iş adamlarında ölkəmizə yatırım etmək üçün maraq yaransın. İnanıram ki, belə olan halda Azərbaycana investisiya axını başlayacaqdır və beləliklə, biz post-pandemiya dövrünə iqtisadi baxımdan daha hazırlıqlı ola bilərik".

Millət vəkili Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzinin yaradlmasını da yenilik kimi dəyərləndirib: "Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır. Bununla da bir neçə strateji hədəfə nail olunur. Tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanacaq. Əslində, peşə təhsilinin inkişaf etdirilməsi də ölkəmizdə həyata keçirilən islahatların vacib tərkib hissəsidir. Biz əgər həqiqətən də, qeyri-neft sektorunu inkişaf etdirmək istəyiriksə, bu sahədə kadrların yetişdirilməsi məsələsi diqqətdə saxlanılmalıdır. Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı müvafiq dövlət proqramları da mövcuddur. Düşünürəm ki, bu tipli təhsil müəssisələrində yalnız günün tələblərinə uyğun peşələr tədris olunmalıdır. Sevindirici haldır ki, millət vəkili olaraq təmsil etdiyim Bərdə rayonunda müasir tələblərə cavab verən Peşə Məktəbi sürətlə inşa edilir. Bərdə rayonunda belə bir peşə məktəbinin olması çox vacibdir. Çünki həmin regionda qeyri-neft sektorunun inkişafına ehtiyac vardır və bu müəssisədə yetişdirilən kadrlar gələcəkdə bu istiqamətdə öz potensialını ortaya qoyaraq bölgənin iqtisadi inkişafına mühüm töhfələr verə bilər. Bütövlükdə isə bu istiqamətdə dövlətimizin apardığı siyasət doğrudur, gələcəyə hesablanmış addımdır".

57 yaşlı ulduzdan bikini şou like
  • 16 Sen 20:09  
Digərləri 57 yaşlı ulduzdan bikini şou

90-cı illərin məşhur türk müğənnisi Yonca Evcimiyin ad günü paylaşım

arrow Ətraflı
Rusiya ölkəyə giriş qaydalarını dəyişib like
  • 16 Sen 20:04  
Dünya Rusiya ölkəyə giriş qaydalarını dəyişib

Rusiya hökuməti ölkəyə giriş qaydalarına dəyişiklik edib.

arrow Ətraflı
"Bir də görürsən 40 ilin sənətkarı "britelka" geyinib çıxır efirə. Olmaz" like
  • 16 Sen 19:59  
Şou-biznes "Bir də görürsən 40 ilin sənətkarı "britelka" geyinib çıxır efirə. Olmaz"

"Əvvəlki Zöhrə deyiləm artıq. Heç nəyə hövsələm qalmayıb. Baza

arrow Ətraflı
Nazirlər Kabineti su təsərrüfatı balanslarının tərtib edilməsi qaydasında dəyişiklik edib like
  • 16 Sen 19:55  
Digərləri Nazirlər Kabineti su təsərrüfatı balanslarının tərtib edilməsi qaydasında dəyişiklik edib

Baş Nazir Əli Əsədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu

arrow Ətraflı
Könül Kərimova illər əvvəl like
  • 16 Sen 19:49  
Şou-biznes Könül Kərimova illər əvvəl

Əməkdar artist Könül Kərimovanın mərhum sənətçi Məhəbbət Kazımovla

arrow Ətraflı
Pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 102 mln. manat vəsait ödənilib like
  • 16 Sen 19:44  
Digərləri Pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 102 mln. manat vəsait ödənilib

Avqust-sentyabr aylarında ikinci mərhələ üzrə maliyyə dəstəyi proqramı

arrow Ətraflı
Azərbaycanda çörək istehsalı artıb like
  • 16 Sen 19:39  
Digərləri Azərbaycanda çörək istehsalı artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 937,6 min ton çörək istehsal e

arrow Ətraflı
Balın tərkibi və saxta balın insan orqanizmi üçün təhlükəsi like
  • 16 Sen 19:34  
Digərləri Balın tərkibi və saxta balın insan orqanizmi üçün təhlükəsi

Bal tərkibi çoxsaylı mineral və vitaminlərlə zəngin olan təam, saysız-h

arrow Ətraflı
Dağ evinə şəkil çəkdirməyə gedən model zorlanıbmış like
  • 16 Sen 19:29  
Digərləri Dağ evinə şəkil çəkdirməyə gedən model zorlanıbmış

Məşhur model və aktrisa Emili Ratajkovski "New York" maqazinə şə

arrow Ətraflı
600dən yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib like
  • 16 Sen 19:27  
Digərləri 600dən yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib

16 sentyabr 2020-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti (RİH) və YA

arrow Ətraflı
Gəncədə Hərbi Hospitalın yeni inşa edilmiş şöbəsinin açılışı olub like
  • 16 Sen 19:24  
Digərləri Gəncədə Hərbi Hospitalın yeni inşa edilmiş şöbəsinin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komand

arrow Ətraflı