Moskvada koronavirusa yoluxma sayı iyunun 29dan sonra maksimal həddə çatıb


Dünya 16 Sen 2020 20:29:00 120 0

Moskvada koronavirusa yoluxma sayı iyunun 29dan sonra maksimal həddə çatıb

Rusiya paytaxtında ötən gün koronavirusa 750 yeni yoluxma faktı qeydə alınıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu, iyunun 29-dan sonra maksimal göstəricidir. Bir gün əvvəl Moskvada 730 koronaviruslu xəstə aşkar edilmişdi. Bütövlükdə, Rusiyada bir gündə 5670 COVID-19 xəstəsi qeydə alınıb ki, bu da iyunun 26-dan sonra maksimal göstəricidir.

Beləliklə, Rusiyada COVID-19 xəstələrinin sayı 1 079 519 nəfərə, aktiv xəstələrin sayı isə 170 min 588 nəfərə çatıb.

Gün ərzində 132 nəfər vəfat edib, 5809 xəstə sağalaraq evə buraxılıb.