Ərəb jurnalist: Ermənistan Livandan Qarabağa erməni ailələrini deyil, yaxşı təlim keçmiş silahlıları köçürür


Siyasət 16 Sen 2020 19:46:00 62 0

Ərəb jurnalist: Ermənistan Livandan Qarabağa erməni ailələrini deyil, yaxşı təlim keçmiş silahlıları köçürür

Ermənistan Livandan Azərbaycanın işğal olunmuş ərazilərinə erməni ailələrini deyil, yaxşı təlim keçmiş erməni silahlılarını köçürür.

Son.az bildirir ki, bunu Trend-ə ərəb araşdırmaçı jurnalist, Cənubi Qafqaz üzrə ekspert Əbdül-Həmid Qütüb deyib.

Onun sözlərinə görə, Livan erməniləri 1970-1980-ci illər vətəndaş müharibəsi zamanı müsəlman ərəblərə, eləcə də digər azlıqlara qarşı mübarizədə vacib rol oynayıb.

O qeyd edib ki, təxminən bütün Livan erməniləri hərb işini yaxşı öyrənib və sirr deyil ki, Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülmüş "ailələr" arasında dəstələr yaratmaq, şəhər və dağ landşaftı şəraitində döyüş əməliyyatları keçirmək bacarıqlarına malik təcrübəli erməni silahlılarının sayı az deyil.

Ekspertin sözlərinə görə, bu barədə az adam yazsa da, Azərbaycanın işğal olunmuş ərazilərinə ermənilər təkcə Livan və Suriyadan köçürülmür: "Vaxtilə Misir ermənilərinin də Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində hərbi hazırlıq keçməsi barədə sənədli faktlar mövcuddur".

Ə.H.Qütüb bildirib ki, bu faktı yerli nəşrlərin birində jurnalist işləyən Misir ermənisi Üsamə Eidanın çəkdiyi sənədli videokadrlar təsdiq edir. Bu kadrlarda Misir ermənilərinin Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində hərbi düşərgələrdə təlim keçdiyi görünür.

O, həmçinin qeyd edib ki, Ermənistan Livan ermənilərinin ailələrini Azərbaycanın işğal olunmuş ərazilərinə Ermənistanla "xristian həmrəyliyi" göstərən Livan hökumətinin dəstəyi ilə köçürür: "Bütün bunlar regionun demoqrafik tərkibinin dəyişdirilməsinə yönəlib".

Ekspert vurğulayıb ki, BMT qətnamələrinə əsasən, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini azad etməlidir, amma buna baxmayaraq, bu ölkənin hakimiyyəti erməni diasporunun dəstəyi ilə bu qətnamələri icra etmir. Bu da düşünməyə əsas verir ki, nüfuzlu beynəlxalq təşkilat erməni diasporunun girovuna çevrilib: "Azərbaycanın işğal olunmuş əraziləri beynəlxalq hüququn, o cümlədən də BMT qətnamələrinin öldüyü və ya dəfn olunduğu yerdir".

Ərəb ölkələrinin mövqeyinə gəldikdə, Ə.H.Qütüb bildirib ki, ərəb ölkələri tərəddüdsüz şəkildə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan Azərbaycanla həmrəyliyini nümayiş etdirməlidir: "Təəssüf ki, bu gün heç bir ərəb ölkəsi Azərbaycanla lazımi həmrəylik göstərmir. Ərəb ölkələri Azərbaycanla həmrəylik və qardaşlıq nümayiş etdirən Türkiyəni nümunə götürərək real dəstək göstərməlidir".

Ekspert hesab edir ki, ərəb ölkələrinin hökumətləri Azərbaycanla bütün məsələlərdə sıx əməkdaşlıq etməlidir, amma Azərabaycan da öz növbəsində ərəb ölkələrində öz diasporunu fəallaşdırmalıdır.

Son.az 

Pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 102 mln. manat vəsait ödənilib like
  • 16 Sen 19:44  
Digərləri Pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 102 mln. manat vəsait ödənilib

Avqust-sentyabr aylarında ikinci mərhələ üzrə maliyyə dəstəyi proqramı

arrow Ətraflı
Azərbaycanda çörək istehsalı artıb like
  • 16 Sen 19:39  
Digərləri Azərbaycanda çörək istehsalı artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 937,6 min ton çörək istehsal e

arrow Ətraflı
Balın tərkibi və saxta balın insan orqanizmi üçün təhlükəsi like
  • 16 Sen 19:34  
Digərləri Balın tərkibi və saxta balın insan orqanizmi üçün təhlükəsi

Bal tərkibi çoxsaylı mineral və vitaminlərlə zəngin olan təam, saysız-h

arrow Ətraflı
Dağ evinə şəkil çəkdirməyə gedən model zorlanıbmış like
  • 16 Sen 19:29  
Digərləri Dağ evinə şəkil çəkdirməyə gedən model zorlanıbmış

Məşhur model və aktrisa Emili Ratajkovski "New York" maqazinə şə

arrow Ətraflı
600dən yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib like
  • 16 Sen 19:27  
Digərləri 600dən yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib

16 sentyabr 2020-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti (RİH) və YA

arrow Ətraflı
Gəncədə Hərbi Hospitalın yeni inşa edilmiş şöbəsinin açılışı olub like
  • 16 Sen 19:24  
Digərləri Gəncədə Hərbi Hospitalın yeni inşa edilmiş şöbəsinin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komand

arrow Ətraflı
Bakıda qadını şantaj edən dəstənin işi məhkəməyə göndərildi like
  • 16 Sen 19:19  
Kriminal Bakıda qadını şantaj edən dəstənin işi məhkəməyə göndərildi

Bakıda qadını şantaj edərək pul tələb edən şəxslərin barəsindəki c

arrow Ətraflı
Zaqatalada fındıq oğruları saxlanıldılar like
  • 16 Sen 19:14  
Kriminal Zaqatalada fındıq oğruları saxlanıldılar

Zaqatala Rayon Polis Şöbəsinə rayonun Əliabad qəsəbəsində yerləşən,

arrow Ətraflı
Tərtərdə avtomobillə vurulan atlı ölüb like
  • 16 Sen 19:09  
Digərləri Tərtərdə avtomobillə vurulan atlı ölüb

Tərtər rayonu ərazisində yol-nəqliyyat hadisəsi olub.

arrow Ətraflı
AQTA qida əlavələri ilə bağlı sahibkarlara müraciət etdi like
  • 16 Sen 19:04  
Digərləri AQTA qida əlavələri ilə bağlı sahibkarlara müraciət etdi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bioloji f

arrow Ətraflı
Azərbaycanlı model məclis təşkil etdiyinə görə qınandı like
  • 16 Sen 18:54  
Şou-biznes Azərbaycanlı model məclis təşkil etdiyinə görə qınandı

Bakıda karantin qaydalarının pozulması ilə bağlı növbəti video yayılı

arrow Ətraflı
Bu ölkə Britaniya kraliçasından imtina edir like
  • 16 Sen 18:49  
Dünya Bu ölkə Britaniya kraliçasından imtina edir

Karib dənizində yerləşən və Millətlər Birliyinə daxil olan Barbados dö

arrow Ətraflı
Döyülən aktrisa boşandı like
  • 16 Sen 18:44  
Digərləri Döyülən aktrisa boşandı

"Sihirli Annem" serialındakı Tuğçe obrazı ilə tanınan Damla Ers

arrow Ətraflı